PL/TMM və Komplayens Departamentinin kiçik mütəxəssis/mütəxəssisi

İşin təsviri

  • Siron Embargo proqramında transsərhəd köçürmələrə nəzarət;
  • Transsərhəd köçürmələr üzrə filiallardan daxil olan sorğulara rəy verilməsi;
  • Müvafiq hesabatların hazırlanması;
  • Transsərhəd köçürmələrdə PL/TM və sanksiya risklərinin qarşısının alınması məqsədilə monitorinqin aparılması və təkliflərin hazırlanması;
  • Filial, şöbə və digər struktur bölmələrdən PL/TMM və Komplayens departamentinə daxil olan sorğuların araşdırılması və cavablandırılması.

Tələblər

  • İqtisadiyyat, riyaziyyat və ya digər uyğun sahələr üzrə ali təhsil;
  • Banklarda əməliyyat sahəsində iş təcrübəsi arzuolunandır;
  • Kompüter bilikləri: Microsoft Office Word, Excel – orta səviyyədə; (Microsoft Power BI bilikləri üstünlükdür);
  • Dil bilikləri: Azərbaycan dili – əla; Rus və İngilis dilləri – arzuolunandır;
  • Analitik və məntiqi düşünmə qabiliyyətinə sahib olmaq, qanunauyğunluqları müəyyən etməyə maraq göstərmək;
  • Detallara diqqətli olmaq;
  • Öyrənməyə həvəsli olmaq;
  • Məsuliyyətli olmaq;
  • Komandada işləmə bacarığı;
  • Konfidensial informasiya ilə işləmə bacarığı.

Qeyd: Bu sahədə təcrübəsi olmayan, lakin yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlərə təcrübəli əməkdaşların mentorluğu və dəstəyi ilə ilk 1 ay ərzində PL/TMM sahəsi üzrə kompleks bilik və bacarıqların öyrədilməsi nəzərdə tutulur. Namizədlərə müraciət etməzdən əvvəl çirkli pulların yuyulması və iqtisadi sanksiyalar mövzuları üzrə ilkin araşdırma apararaq tanış olmaları tövsiyə edilir.