İşin təsviri
- Ərazi üzrə satış planlarının, dövriyyə və əsas satış göstəricilərinin icrasını təmin etmək;
- Komandanın gündəlik fəaliyyətini planlaşdırmaq, tapşırıqları bölüşdürmək və icraya nəzarət etmək;
- Komanda üzvlərinin nəticələrini izləmək, inkişaf ehtiyaclarını müəyyənləşdirmək və onları iş prosesində dəstəkləmək;
- Rut planlarını və müştəri ziyarətlərini idarə etmək, sahə fəaliyyətinin effektivliyini artırmaq;
- KPI-ları və satış dinamikasını təhlil edərək tədbirlər planı hazırlamaq;
- Yeni müştərilərin cəlbini və mövcud müştərilərlə əməkdaşlığın inkişafını təmin etmək;
- Debitor borclarına, məhsul mövcudluğuna, qiymətlərə, planoqrama və son istifadə tarixlərinə nəzarət etmək;
- Kampaniya və təşhir standartlarının düzgün icrasını təmin etmək;
- Satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Satış, logistika, anbar və maliyyə şöbələri ilə koordinasiyalı işləmək.
Namizəd üzrə tələblər
- Təhsil: Orta ixtisas və ya ali təhsil;
- Təcrübə: FMCG və ya pərakəndə satış sahəsində iş təcrübəsi; komanda idarəetməsi təcrübəsi
- Dil: Azərbaycan dilini sərbəst bilmək;
- Kompüter: Microsoft Office proqramları, xüsusilə Excel üzrə yaxşı bilik.
Fərdi keyfiyyət göstəriciləri
- Liderlik və komanda idarəetməsi;
- Planlaşdırma, iş bölgüsü və icra nəzarəti;
- Satış analitikası və nəticəyönümlü yanaşma;
- Güclü ünsiyyət, danışıqlar və motivasiya bacarıqları;
- Operativ qərarvermə və problem həlli.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.