IT Satış Təmsilçisi

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Vəzifə öhdəlikləri

  • Müştəriləri satış mərkəzində qarşılamaq, onların ehtiyaclarını müəyyən etmək və uyğun məhsul və həllər təklif etmək;
  • Müştəriləri Şirkətin məhsul və xidmətləri ilə tanış etmək, məhsulların əsas texniki xüsusiyyətləri və istifadə imkanları barədə məlumat vermək;
  • İT məhsullarının (kompüterlər, noutbuklar, monitorlar, printerlər, aksesuarlar və digər avadanlıqlar) satışı üzrə müştərilərə məsləhət xidməti göstərmək;
  • Müştərilərin büdcə və tələblərinə uyğun məhsulları seçmək, alternativ məhsulları müqayisə etmək və satışın həyata keçirilməsini təmin etmək;
  • Satış əməliyyatlarını düzgün və vaxtında rəsmiləşdirmək, müştəri sifarişlərini, hesabları və müvafiq satış sənədlərini hazırlamaq;
  • Məhsulların anbardan sifariş edilməsi, mağazaya gətirilməsi və müştəriyə təhvil verilməsi proseslərini həyata keçirmək və izləmək;
  • 1C proqramında məhsul qalıqlarına nəzarət etmək, ehtiyatı azalan və ya mövcud olmayan məhsulların vaxtında sifariş edilməsi üçün müvafiq tədbirlər görmək və anbarla koordinasiyanı təmin etmək;
  • Satış, sifariş və məhsul qalıqları üzrə məlumatların 1C proqramında düzgün və vaxtında əks etdirilməsini təmin etmək;
  • Korporativ müştərilərdən daxil olan sorğuların ilkin emalında, məhsul siyahılarının və kommersiya təkliflərinin hazırlanmasında iştirak etmək;
  • Korporativ satış şöbəsinə müştəri sorğuları, məhsulların qiymətləri, mövcudluğu və çatdırılma müddətləri barədə məlumatların təqdim edilməsində dəstək göstərmək;
  • Tender və kotirovka sorğuları üzrə tələb olunan məhsulların müəyyənləşdirilməsində və kommersiya təkliflərinin hazırlanması üçün məlumatların toplanmasında iştirak etmək;
  • Müştəri xidmətinin keyfiyyət standartlarına və korporativ davranış qaydalarına riayət etmək;
  • Şirkəti yüksək səviyyədə təmsil etmək, onun imicini və işgüzar nüfuzunu qorumaq;
  • Müəyyən edilmiş satış planlarının və fəaliyyət göstəricilərinin yerinə yetirilməsini təmin etmək;
  • İşçilər üçün təşkil olunan təlimlərdə iştirak etmək, məhsullar və satış prosesləri üzrə biliklərini mütəmadi artırmaq;
  • İş yerinin səliqəsini və şəxsi görünüşünə dair korporativ tələblərə riayət etmək.

Davranış bacarıqları

  • Vaxtın idarə edilməsi;
  • Komandada işləmək bacarığı;
  • Ünsiyyətcillik və çeviklik;
  • Müştəriyönümlülük və müsbət münasibət;
  • Güclü iş etikası və məsuliyyətlilik;
  • Danışıqlar aparmaq bacarığı;
  • Münaqişələrin həlli və çətin müştərilərlə işləmək bacarığı;
  • Diqqətlilik və məlumatlarla düzgün işləmək bacarığı.

Xüsusi tələblər

Təhsil:

  • Biznes, iqtisadiyyat, marketinq, menecment və ya İT sahələri üzrə ali təhsil arzuolunandır;
  • Orta ixtisas təhsili olan namizədlər də nəzərdən keçirilə bilər.

Təcrübə:

  • İT məhsullarının satışı sahəsində minimum 2 il iş təcrübəsi;
  • Korporativ müştərilərlə iş və B2B satışları üzrə təcrübə üstünlükdür;

Kompüter bacarıqları:

  • MS Excel, Word və Outlook proqramlarından istifadə bacarığı;
  • 1C proqramında işləmək bacarığı; 1C üzrə iş təcrübəsi üstünlükdür;

Texniki biliklər:

  • Kompüterlər, noutbuklar, monitorlar, printerlər və digər İT məhsulları haqqında baza bilikləri;
  • Məhsulların əsas texniki xüsusiyyətlərini anlamaq və müqayisə etmək bacarığı.

Dil bilikləri:

  • Azərbaycan dili – əla səviyyədə;
  • Rus dili – yaxşı səviyyədə;
  • İngilis dili – arzuolunandır.

Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq

Maraqlanan namizədlər öz CV-lərini hr@bestcomp.net elektron poçt ünvanına göndərə bilərlər.