İşin təsviri
- Geri qaytarılan məhsulları qəbul edib , qeydiyyata almaq.
- Məhsulun komplektliyini və vəziyyətini yoxlamaq.
- Sonrakı statusu müəyyən etmək (satışa yararlı, utilizasiya, təchizatçıya geri qaytarma).
- Qaytarılan malların çeşidlənməsini və düzgün yerləşdirilməsini təmin etmək.
- WMS/OMS sistemində düzgün statusları daxil etmək.
- Uyğunsuzluq, qüsur və silinmə aktlarını rəsmiləşdirmək.
- Faktiki məlumatların sistemdəki məlumatlara uyğunluğunu təmin etmək.
- Uyğunsuzluqları aşkar edib, rəhbərliyi məlumatlandırmaq.
- Keyfiyyət xidməti, logistika və digər əlaqəli şöbələrlə əməkdaşlıq etmək.
- İnventarizasiyalarda iştirak etmək.
- Emal olunmuş geri qaytarmaların uçotunu aparmaq.
- Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək.
- Qaytarılmalar hissəsində zonasında səliqə-sahmanı qorumaq.
- Qaytarılmaların düzgün emalına, sistemdə məlumatların düzgünlüyünə, müddətlərə riayət olunmasına və məsuliyyət zonasında olan maddi-texniki dəyərlərin qorunmasına görə məsuliyyət daşıyır.
- Rəhbərin digər tapşırıqlarını yerinə yetirmək.
Tələblər
- Ali və ya orta ixtisas təhsili.
- Anbar, logistika üzrə minimum 1 il iş təcrübəsi.
- Məhsulun komplektliyinin və vəziyyətinin yoxlanılması bacarığı.
- Sənədlərlə və elektron sistemlərlə işləmə bacarığı.
- MS Office proqramlarında (xüsusilə Excell) işləmək bacarığı.
- Analitik düşünmə və detallara diqqət.
- Problem həll etmə bacarığı.
- Azərbaycan dili – sərbəst.
- Məsuliyyətlilik və operativlik.
- Komandada işləmək bacarığı.
- Stressə davamlılıq.