İşin təsviri
- Daxil olan qaytarma mallarının qəbulu, saxlanılması və göndərilməsi.
- Qaytarılan malların sənədlərə və sistem məlumatları ilə uyğunluğunu yoxlamaq.
- İlkin keyfiyyət yoxlanışı: bütövlük, zədələnmə, istifadə izləri, seriya nömrəsi / IMEI / SKU uyğunluğu.
- Məhsulun statusunun müəyyən etmək (təkrar satış, təchizatçıya qaytarma, utilizasiya).
- Malların müvafiq zonalara ötürülməsi (diaqnostika, saxlama, göndəriş).
- WMS / OMS sistemlərinə düzgün məlumat və statusların daxil edilməsi.
- Uyğunsuzluq aktlarının, silinmə və qaytarma sənədlərinin rəsmiləşdirilməsi.
- İnventarizasiya prosesində iştirak etmək.
- Qaytarılma ərazisində nizam-intizamın qorunması və əməyin mühafizəsi tələblərinə riayət etmək.
- Rəhbərlik tərəfindən verilən qaytarılmalar ilə bağlı digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər
- Ali və ya orta ixtisas təhsili.
- Anbar, logistika, pərakəndə satış və ya qaytarma prosesləri üzrə minimum 1 il iş təcrübəsi.
- Qaytarılma prosesləri haqqında bilik.
- Məhsulun komplektliyinin və vəziyyətinin yoxlanılması bacarığı.
- Sənədlərlə və elektron sistemlərlə işləmə bacarığı.
- MS Office proqramlarında (xüsusilə Excell) işləmək bacarığı.
- Analitik düşünmə və detallara diqqət.
- Problem həll etmə bacarığı.
- Azərbaycan dili – sərbəst.
- Məsuliyyətlilik və operativlik.
- Komandada işləmək bacarığı.
- Stressə davamlılıq.