İşin təsviri
- Əmək qanunvericiliyinə uyğun olaraq əmək müqavilələrinin, əlavə və rəylərin hazırlanması və hüquqi ekspertizasının aparılması
- İşə qəbul, işdən çıxarılma, intizam tədbirləri, qeyri-iş vaxtları və əmək mübahisələri üzrə hüquqi dəstəyin təmin edilməsi
- Şirkətin daxili qaydalarının, təlimatlarının, siyasət və prosedurlarının hazırlanması və təkmilləşdirilməsi
- İnsan resursları komandası ilə sıx əməkdaşlıq edərək compliance və risklərin idarə olunmasına nəzarət
- Dövlət orqanları və məhkəmə instansiyaları qarşısında şirkətin təmsil olunması
- Daxili araşdırmaların (məsələn, iş yerində hüquq pozuntuları) aparılmasında iştirak
- Müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
- Rəhbərlik tərəfindən verilən digər hüquqi tapşırıqların yerinə yetirilməsi
Tələblər
- Ali hüquqi təhsil
- Əmək hüququ ən azı 3 il iş təcrübəsi
- Azərbaycan Respublikasının əmək və inzibati qanunvericiliyini mükəmməl bilməli
- Rus və Azərbaycan dillərində sərbəst danışıq və yazı bacarığı, ingilis dili arzuolunandır
- MS Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığı
- Analitik düşünmə, detallara diqqət və güclü kommunikasiya bacarıqları
- Müxtəlif hüquqi sənədlərlə eyni anda işləmə və prioritetləri düzgün təyin etmə qabiliyyəti