İşin təsviri
- Qaytarılan statuslu məhsulların qəbulu, yoxlanılması və operativ çeşidlənməsinin təşkil edilməsi.
- Məhsulların kateqoriyalar üzrə düzgün bölünməsi: utilizasiya, partnyora geri qaytarılma.
- Məhsulların sistem üzrə düzgün hərəkətinə və faktiki yerləşdirilməsinə nəzarət edilməsi.
- Anbar daxilində yoxlanışların aparılması və aşkar edilən uyğunsuzluqların aradan qaldırılması.
- Asılı qalmış və ya uzun müddət sahədə qalan malların səbəblərinin araşdırılması;
- Zərurət olduqda uzun müddət anbarda qalmış mallar üzrə sistemdə müstəqil şəkildə qaytarma sifarişinin yaradılması.
- Reyslərin düzgün yığılmasına və vaxtında boşaldılmasına nəzarətin edilməsi;
- Növbə əməkdaşları arasında iş bölgüsünün düzgün təşkil edilib, prosesə nəzarət edilməsi.
- Zona daxilində intizamın, səliqə və təhlükəsizlik qaydalarının təmin edilməsi.
- Rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətli icrası.
- İş günləri və saatları: 2 gün iş / 2 gün ev, 09:00 – 21:00, 21:00-09:00.
- Ərazi: Lökbatan (20 Yanvar və Koroğlu metrostansiyalarından servis fəaliyyət göstərir).
Tələblər
- Ali və ya orta ixtisas təhsili.
- Logistika və ya anbar sahəsində minimum 3 il, qaytarma proseslərinin idarə olunması üzrə ən azı 1 il rəhbərlik təcrübəsi.
- WMS sistemində işləmə bacarığı üstünlükdür.
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı.
- Rus dili arzuolunandır.
- Analitik düşünmə, məsuliyyətlilik və qərarvermə bacarığı.
- MS Office proqramlarında (xüsusilə Excell) işləmək bacarığı.
- Problem həll etmə bacarığı.
- Azərbaycan dili – sərbəst.
- Məsuliyyətlilik və operativlik.
- Komandada işləmək bacarığı.
- Stressə davamlılıq.