İşin təsviri
Malların/bağlamaların hərəkətinin bütün mərhələlərində ləğv edilmiş sifarişlərin qeydə alınması və emalı.
Ləğv edilmiş sifarişlərin anbarda təchizatçılar üzrə fiziki şəkildə hazırlanması, saxlanılması və çeşidlənməsi.
Ləğv edilmiş sifarişlərin təchizatçılara vaxtında qaytarılmasına nəzarət, yüklənməyə hazırlıq prosesinin təşkili.
Ləğv edilmiş sifarişlərin təchizatçılara təhvil verilməsi üzrə qəbul-təhvil aktlarının qəbulu, yoxlanılması və arxivləşdirilməsi.
Ləğv edilmiş sifarişlərin inventarizasiyasının aparılması, təchizatçı və ya əlaqədar şöbələrin sorğusu əsasında anbarda uyğunluğun yoxlanılması.
İmtinalar üzrə düzgün statusların sistemə (OMS/ODOO) daxil edilməsi.
Malların anbara geri qaytarılması və Keyfiyyətə Nəzarət (KQ) zonasına təhvil verilməsinə nəzarət.
Mübahisəli hallarla bağlı kuryerlər və tərəfdaşlarla qarşılıqlı əlaqənin təmin edilməsi.
Ləğv edilmiş malların hərəkətinin izlənilməsi və itkilərin qarşısının alınması.
Ləğv və qaytarmalar üzrə statistikanın aparılması və hesabatların hazırlanması.
Şöbə və departament rəhbərliyinin göstərişlərinin icrası.
Tələblər
Ali təhsil;
Logistika sahəsi üzrə minimum 1 il iş təcrübəsi;
Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook);
Rus dili biliyi üstünlükdür
Nəzarət etdiyi sahələr üzrə risk analizinin aparılması.
Nəzarət etdiyi sahə üzrə baş verən uyğunsuzluqlar barədə düzəldici və önləyici tədbirlərin alınması.
Şifahi və yazılı ünsiyyət bacarığı;
Müstəqil və qrup daxilində effektiv işləmə bacarığı;
Obyektiv düşünmək bacarığı