Şikayətlərin araşdırılması və həlli bölməsinin mütəxəssisi

İşin təsviri

  • Müxtəlif kommunikasiya kanallarından (telefon, e-poçt, sosial şəbəkələr və xüsusi düymələr vasitəsilə) daxil olan müraciətləri operativ şəkildə qəbul etmək, qeydiyyatını aparmaq və müraciətlərin statusunu izləmək
  • Müştəri müraciətləri, qaytarma və şikayətlər üzrə məlumatları sistemlərdə düzgün şəkildə qeyd etmək, yeniləmək və məlumatların dəqiqliyini təmin etmək
  • Müştərilərlə birbaşa əlaqə quraraq müraciətlərin detallarını dəqiqləşdirmək, müştərilərin rəylərinə diqqətlə yanaşmaq və həll yollarını təklif etmək
  • Məhsulların qaytarılması və dəyişdirilməsi üzrə sorğuların ilkin təhlilini aparmaq, qaytarma şərtlərinə uyğunluğu yoxlamaq (müddət, məhsul vəziyyəti, qəbzin mövcudluğu və s.) və müraciətləri emal etmək
  • Müştəri məlumatlarının məxfiliyini ciddi şəkildə qorumaq, şəxsi məlumatların üçüncü tərəflərlə paylaşılmasının qarşısını almaq və şirkətin daxili prosedurlarına tam riayət etmək

Tələblər

  • Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı qabiliyyəti
  • Pərakəndə satış mağazalarında (məişət texnikası, kosmetika, ətriyyat, məişət malları və s.) qeyri-ərzaq məhsulları (xüsusiyyətləri, təsviri, təfərrüatları) ilə bağlı bilik və təcrübə arzu olunandır
  • Ofis proqramlarını bilmək
  • Komandada işləmək bacarığı
  • Səlis, aydın və intonasiya ilə danışmaq bacarığı
  • Müştərilərlə ünsiyyət qurmaq bacarığı
  • Klaviaturada sürətli çap etmək bacarığı