Telesatış və çıxan zənglər üzrə təmsilçi

İşin təsviri

  • Müxtəlif kanallar vasitəsilə daxil olan sifariş sorğularının qəbulu və işlənməsi
  • Müştərilərə malların mövcudluğu, xüsusiyyətləri, qiyməti, ödəniş və çatdırılma şərtləri barədə məsləhət vermək
  • Sifarişin rəsmiləşdirilməsində kömək və satış prosesinin icrası
  • Müştəri müraciətlərinin qeydiyyatını aparmaq
  • Təyin olunmuş KPI-ların yerinə yetirilməsi

Tələblər

  • Azərbaycan və rus dillərində sərbəst danışıq
  • Pərakəndə satış mağazalarında (məişət texnikası, kosmetika, ətriyyat, məişət malları və s.) qeyri-ərzaq məhsulları (xüsusiyyətləri, təsviri, təfərrüatları) ilə bağlı bilik və təcrübə arzu olunandır
  • Ofis proqramlarını bilmək
  • Komandada işləmək bacarığı
  • Səlis, aydın və intonasiya ilə danışmaq bacarığı
  • Müştərilərlə ünsiyyət qurmaq bacarığı