Xidmətin təkmilləşdirilməsi üzrə baş mütəxəssis

İşin təsviri

  • Müştəri rəylərini və müraciətlərini dərin təhlil edərək xidmətin əsas problemlərini müəyyənləşdirmək və prioritetləşdirmək
  • Xidmət keyfiyyətini artırmaq üçün strateji təkliflər hazırlamaq, implementasiya planları hazırlamaq və tətbiqi yönətmək
  • Xidmət proseslərinin daimi monitorinqini aparmaq və yaranan problemlərə vaxtında və effektiv reaksiya vermək
  • Yeni texnologiyaların və avtomatlaşdırılmış sistemlərin tətbiqini təşviq etmək, xidmət keyfiyyətinin artırılması üçün innovativ həllər təklif etmək
  • Müxtəlif şöbələr və komandalarla əməkdaşlıq edərək xidmətin təkmilləşdirilməsi üzrə layihələri idarə etmək və dəyişikliklərin effektiv icrasını təmin etmək
  • Analitik məlumatlara əsaslanaraq xidmət proseslərinin optimallaşdırılması üzrə rəhbərlik və dəstək göstərmək

Tələblər

  • Təhsil: İqtisadiyyat, Biznesin İdarəedilməsi, Marketinq, Məlumat Analitikası və ya əlaqədar sahə üzrə bakalavr dərəcəsi (magistr üstünlükdür).
  • Təcrübə: Xidmət keyfiyyəti, müştəri təcrübəsi (CX), proseslərin optimallaşdırılması və ya analitika sahəsində minimum 2-3 il iş təcrübəsi.
  • Analitik bacarıqlar: Böyük həcimli məlumatlarla işləmək, rəyə əsaslanan problemləri müəyyən etmək və analitik nəticələr çıxarma bacarığı.
  • Strateji düşünmə: Xidmət keyfiyyətinin artırılması üçün strateji təkliflər hazırlamaq və onların tətbiqini planlaşdırmaq bacarığı.
  • Kommunikasiya bacarıqları: Fərqli şöbələrlə effektiv əməkdaşlıq etmək, çətin məsələləri aydın şəkildə izah etmək və qərarvermədə təsir göstərmək.
  • Problem həll etmə: Operativ və strateji problemlərə sürətli və effektiv reaksiya vermək bacarığı.
  • İnnovativ yanaşma: Yeni texnologiyaları, rəqəmsal həlləri və avtomatlaşdırma imkanlarını qiymətləndirmək və tətbiq etmək istəyi.
  • Dəqiqlik və məsuliyyət: Monitorinq, təhlil və optimallaşdırma proseslərində yüksək dəqiqliyi qorumaq.