İnventarlar üzrə hesablayıcı (gecə növbəsi)

İşin təsviri

Təsvir

· Mağazalarda keçirilən Total inventarizasiyalarda qrafikə uyğun davamlı iştirak etmək;

· Mağazalarda keçirilən Total inventarizasiyalarda sayıma görə bölgü edilmiş ərazi və məhsullar üzrə sayım etmək, ayıları skan edərək sistemə daxil etmək;

· Total sayımlarda davamiyyət üzrə (əsasən gecə növbəsi) iştirak etmək, məhsulların sayılmasını və eləcə də barkod və miqdarları skan edərək sistemə daxil edilməsini təmin etmək;

· Sayım sonrası Qrup rəhbərləri tərəfindən təyin edilmiş cədvəllər üzrə təkrar sayım etmək və məlumat vermək;

· Mağazanın satış ərazisinə uyğun bölünmüş sahələr üzrə öhdəliyinə düşən zonaların vaxtında sayılmasını, skan edilməsini və yoxlanılmasını təmin etmək;

· Qrup rəhbərlərinin verdiyi tapşırıqları (Anbar və ya Ticarət zalında təsadüfi sayım və ya yoxlanış, bölgü üzrə zonaların sayılması və ya əl terminalı ilə skan edilməsi və s.) yerinə yetirmək.

Tələblər

· Müvafiq sahə üzrə 1 ildən çox təcrübəsi;

· İnventarizasiya keçirmə bacarığı;

· Market sistemində iş təcrübəsi;

· Marketdə satılan məhsul çeşidlərilə bağlı praktiki iş təcrübəsi;

· Sürətli hesablama qabiliyyəti;

· Sərbəst Azərbaycan dili , rus dili arzuolunandı;

· Microsoft Office proqramlarından anlayış;

· Problem həlletmə yönümlü;

· Nəticələrə əsaslanan, Fəaliyyət yönümlü;

· Situasiyaya uyğunlaşma qabiliyyəti;

· Bütün iş tapşırıqlarında keyfiyyətə və etibarlılığa sadiqlik;

· Şirkət və komanda mühitində işləmək;

· Standart əməliyyat prosedurları (SOPs) və əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit qaydaları və qanunları haqqında anlayış.