İşin təsviri
Recruitment Specialist (Stores)
Key Job Responsibilities:
- Collaborating with store management to fulfill staffing needs.
- Conducting interviews with candidates and providing stores with high-quality staff within the established timeframe.
- Reviewing and screening (filtering) a large volume of CVs and applications daily, in accordance with store locations and vacancy requirements.
- Maintaining an active and updated database of potential candidates for urgent store openings.
- Conducting a high volume of initial phone screenings daily to assess candidates’ eligibility, location, basic communication skills, and motivation.
- Organizing and managing mass interview sessions (“open door” days or career fairs).
- Evaluating candidates based on standardized selection criteria established for the retail sector.
- Scheduling and coordinating final interviews between selected candidates and Store Managers or Regional Managers.
- Providing timely feedback to candidates, and managing the rejection and job offer processes.
- Assisting the HR Operations team in collecting necessary documents (ID, medical certificate, labor book, etc.) from selected candidates to ensure a smooth onboarding process.
- Fully and regularly updating the Applicant Tracking System (ATS) or recruitment database.
- Tracking staff turnover trends at the store level by collaborating closely with store management to anticipate future recruitment needs.
- Update the store staffing schedules in accordance with daily changes
Job Requirements
- Education: Bachelor’s degree in Human Resources Management, Business Administration, Psychology, or a related field.
- Experience: 6 months to 1 year of experience in recruitment; experience in retail or FMCG sectors is preferred (internships completed in a fast-paced environment will also be considered).
- Language Skills: Excellent written and verbal communication in Azerbaijani is mandatory; proficiency in English and Russian is desirable.
Skills:
- Strong interpersonal, communication, and persuasion skills.
- Excellent time management skills and the ability to work under pressure and meet tight deadlines.
- Proficiency in MS Office (particularly Excel) for tracking data.
- High level of empathy and a positive attitude when dealing with diverse candidate profiles.
- MS office (Knowledge of Excel, Word, PTT, Outlook) knowledge is must
Interested candidates may apply for the role by sending resume to hr2@azerbaijansupermarket.com, mentioning “ Recruitment Specialist” in theme tab. Pease note that only selected candidates will be contacted regarding next steps of recruitment process.
İşə qəbul üzrə mütəxəssis
Əsas Vəzifə Öhdəlikləri:
- Kadr ehtiyaclarını təmin etmək üçün mağaza rəhbərliyi ilə əməkdaşlıq
- Namizədlərlə müsahibələrin aparılması və mağazaları müəyyən olunmuş vaxtda keyfiyyətli işçi ilə təmin etmək
- Mağazaların yerləşdiyi məkanlara və vakansiya tələblərinə uyğun olaraq gündəlik böyük həcmdə CV və müraciətləri nəzərdən keçirmək və süzgəcdən keçirmək (filtrləmək).
- Təcili mağaza vakansiyaları üçün potensial namizədlərdən ibarət aktiv və yenilənən məlumat bazasını saxlamaq.
- Namizədlərin uyğunluğunu, yaşayış yerini, ilkin ünsiyyət bacarıqlarını və motivasiyasını qiymətləndirmək üçün gündəlik yüksək sayda ilkin telefon müsahibələri keçirmək.
- Kütləvi müsahibə sessiyaları (“açıq qapı” günləri və ya karyera yarmarkaları) təşkil etmək və idarə etmək.
- Namizədləri pərakəndə satış sahəsi üçün müəyyən olunmuş standart seçim meyarlarına əsasən qiymətləndirmək.
- Seçilmiş namizədlərlə Mağaza Müdirləri və ya Regional Müdirlər arasında yekun müsahibələrin qrafikini tənzimləmək (koordinasiya etmək).
- Namizədlərə vaxtında geri bildirim vermək, imtina və iş təklifi (offer) proseslərini idarə etmək.
- İşə qəbul prosesinin rəvan getməsini təmin etmək üçün seçilmiş namizədlərdən lazımi sənədlərin (şəxsiyyət vəsiqəsi, tibbi arayış, əmək kitabçası və s.) toplanmasında İR Əməliyyatları (HR Operations) komandasına köməklik göstərmək.
- Namizədlərin İzləmə Sistemini (ATS) və ya işəqəbul məlumat bazasını tam və mütəmadi olaraq yeniləmək.
- Gələcək işəqəbul ehtiyaclarını öncədən müəyyən etmək üçün mağaza rəhbərliyi ilə sıx əməkdaşlıq edərək mağaza səviyyəsində işçi axını (turnover) tendensiyalarını izləmək.
- Mağaza ştat cədvəlllərini gündəlik dəyişikliklərə uyğun yeniləmək.
Vəzifə tələbləri:
- Təhsil: Bakalavr dərəcəsi (İnsan Resurslarının İdarə Edilməsi, Biznesin İdarə Edilməsi, Psixologiya və ya müvafiq sahə üzrə)
- Təcrübə: İşəqəbul sahəsində 6 aydan 1 ilə qədər təcrübə; Pərakəndə satış (retail), FMCG üzrə təcrübəyə üstünlük verilir (Sürətli iş mühitində keçilmiş təcrübə proqramları da nəzərə alına bilər).
- Dil bilikləri: Azərbaycan dilində mükəmməl yazılı və şifahi danışıq mütləqdir;İngilis dili və Rus dili biliyi azruolunandır.
Bacarıqlar:
- Yüksək ünsiyyət, insanlarla münasibət qurma və inandırma bacarıqları.
- Güclü zaman idarəçiliyi və sıx qrafik (deadline) altında, stresli mühitdə işləmək qabiliyyəti.
- Məlumatların izlənilməsi üçün MS Office (xüsusilə Excel) proqramlarından istifadə bacarığı.
- Müxtəlif profilli namizədlərlə işləyərkən yüksək empatiya və pozitiv yanaşma nümayiş etdirmək
- MS office (Excel, PPT, Word, Outlook) bilikləri mütləqdir
Maraqlanan namizədlər hr2@azerbaijansupermarket.com elektron poçt ünvanına “İşə qəbul üzrə mütəxəssis” başlığı ilə müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.