İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkət binalarına təhlükəsiz giriş-çıxışı təmin etmək, qeyd və yoxlamalar aparmaq;
  • Növbə ərzində ayıq-sayıq olmaq, hər hansı bir qanunsuz və ya fövqəladə hal, iş qəzası, marketdəki iş prosesinə kənar müdaxilə halları baş verərsə dərhal təlimata uyğun hərəkət etmək və növbə rəisinə məlumat vermək;
  • Market ərazisində və ya yaxınlıqda hər hansı bir şübhəli əşya aşkar edildiyi zaman insanların təhlükəsizliyini təmin etmək, zərurət yarandığı halda insanların ərazidən təxliyyəsini həyata keçirmək və növbə rəisinə məlumat vermək;
  • Bütün şəxsi heyət və müştərilərə qarşı nümunəvi, nəzakətlə davranmaq, etik-davranış qaydalarına riayət etmək; 
  • Şirkətin daxili nizam-intizam qaydalarına uyğun olmayan əməllər aşkar edildikdə təlimata əsasən tədbir görmək;
  • Ağır iş xəsarəti və avadanlıqların sıradan çıxması ilə nəticələnə bilən təhlükəli iş aparıldığı müşahidə edilərsə işi dayandırmaq və məsul şəxsə məlumat vermək;
  • Növbə ərzində marketdə fəaliyyət göstərən işçilərin, müştərilərin və şirkət inventarlarının təhlükəsizliyinin təmin edilməsinə nəzarət etmək, hər hansı bir uyğunsuzluq aşkar edildikdə məsul şəxsi xəbərdar etmək, eləcə də təhlükəsiz əmək şəraitinin yaradılmasına köməklik göstərmək;
  • Market girişlərində və marketə məxsus avtodayanacaqlarda nəqliyat vasitələrinin günlük iş prosesinə mane olmamasını təmin etmək;
  • Birbaşa rəhbər tərəfindən öncədən təyin edilmiş həftəlik iş qrafikinə əsasən işə gəlmək, nahar və çay fasiləsini təyin edilmiş qrafikə uyğun istifadə etmək;

Vəzifə üzrə tələblər:

Əmək şərait:

  • Növbəli qrafik: 2 gün gündüz, 2 gün gecə, 2 gün istirahət
  • Əmək haqqı: 560 AZN net 

Qeyd: 

Vakansiya üzrə müraciətlər elektron ünvanına mövzu bölməsində “Mühafizəçi” qeyd etməklə edə bilərlər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır