Debitorlarla İş üzrə Mütəxəssis

5 Fevral 2026
800 - 900
Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Şirkətimizə debitorlarla işləmə sahəsində təcrübəsi olan, analitik düşüncə tərzinə malik məsuliyyətli və diqqətli əməkdaş tələb olunur.
Vəzifə öhdəlikləri:

  • Debitor borclarının uçotunun aparılması və nəzarətdə saxlanılması
  • Müştərilərlə ödənişlər üzrə əlaqənin qurulması və mütəmadi üzləşmələrin aparılması
  • Debitor borcları ilə bağlı hesabatların hazırlanması
  • Daxili uçot sistemində məlumatların düzgün və vaxtında işlənməsi
  • Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi

Namizədə tələblər:

  • 1C proqramında işləmə bacarığı
  • MS Excel proqramını yaxşı səviyyədə bilmə (formullar, cədvəllərlə işləmə)
  • Analitik düşünmə və problem həll etmə qabiliyyəti
  • Məsuliyyətli, diqqətli və operativ olmaq
  • Komanda ilə işləmə bacarığıİş şəraiti:

Qeyd: Vergi və mühasibatlıq sahəsində biliklərin olması vacib deyil.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 09:00-dan 18:00-dək; şənbə 09:00-dan 13:00-dək
  • Əmək haqqı-800-900 AZN (Müsabiqə əsasında müəyyən olunur)

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Mühasib” yazaraq hr@bsc-group.az elektron poçt ünvanına göndərilməsi xahiş olunur.