İşin təsviri
Business Service Center komandası olaraq strateji düşüncəyə malik, marketinq proseslərini effektiv idarə edə bilən, eyni zamanda tədbirlərin təşkili, ssenarilərin hazırlanması və komanda ilə koordinasiyada güclü olan Marketinq Meneceri axtarırıq.
Əgər sən həm rəqəmsal marketinqi dərindən bilən, həm də kreativ ideyaları real nəticəyə çevirə bilən birisənsə, komandamızda səni görmək istərik.
Əsas vəzifələr:
- Aylıq və rüblük marketinq strategiyasının hazırlanması və icrasına nəzarət
- Kontent planının hazırlanması və sosial media kommunikasiya prosesinin idarə olunması
- Meta (Facebook/Instagram) reklam kampaniyalarının qurulması, optimizasiyası və nəticələrinin təhlili
- Lead generation, satış funnel və müştəri cəlbetmə proseslərinin idarə olunması
- Marketinq KPI-ları, ROI və effektivlik hesabatlarının hazırlanması
- Brendin kommunikasiya dilinə uyğun kreativ kampaniya ideyalarının hazırlanması
- Tədbirlərin, seminarların, təqdimatların və digər marketinq aktivliklərinin planlanması və təşkili
- Tədbir ssenarilərinin, tədbir planlarının və icra axınının hazırlanması
- Komanda üzvləri, dizayner, SMM və digər tərəfdaşlarla koordinasiyalı işin qurulması
- Bazar araşdırması aparmaq, trendləri izləmək və uyğun marketinq həlləri təklif etmək
- Vizual və mətn əsaslı marketinq materiallarının hazırlanmasına nəzarət
Tələblər:
- Marketinq sahəsində 2–4 il iş təcrübəsi
- Rəqəmsal marketinq və Meta Ads Manager üzrə praktik bilik
- Marketinq strategiyası, reklam, kontent və kampaniya idarəçiliyi üzrə dolğun bilik
- Tədbirlərin təşkili və idarə olunması sahəsində təcrübə
- Ssenari yazımı, tədbir planlaması və layihə koordinasiyası bacarığı
- Güclü copywriting və kommunikasiya bacarığı
- Meta Ads Manager, Canva, PowerPoint, Excel/Google Sheets, GA4, Meta Business Suite
- Analitik düşüncə, məsuliyyətlilik və nəticəyönümlü yanaşma
- Komanda ilə işləmə, tapşırıqları düzgün bölüşdürmə və prosesləri idarə etmə bacarığı
- Operativ, yaradıcı və təşəbbüskar olmaq
- Yaş həddi: 22–30
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Marketing Meneceri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.