İşin təsviri
Gəncə şəhərində yeni yaradılmış servis mərkəzinə Anbar rəhbəri vəzifəsinə namizəd axtarışındayıq.
Vəzifə öhdəlikləri:
- Anbarın gündəlik idarə edilməsi: materialların, alətlərin və ehtiyat hissələrinin düzgün saxlanılması və izlənməsi.
- Malların qəbul edilməsi, yerləşdirilməsi və ehtiyatların yoxlanılması.
- Malların uçotu və anbarın inventarizasiyası: materialların sayı və keyfiyyəti haqqında məlumatın daim yenilənməsi.
- Əməliyyatlar üçün lazım olan materialların təmin edilməsi: tələb olunan ehtiyatların sifarişi və çatdırılmasına nəzarət etmək.
- Anbarın səliqəli və təmiz saxlanması: materialların düzgün şəkildə yerləşdirilməsi və təhlükəsizlik qaydalarına riayət edilməsi.
- Əməkdaşların iş bölgüsünün aparılması və onların təlimatlandırılması.
- Malların daşınması və qəbulu zamanı düzgün prosedurların izlənməsi.
- Nasazlıq və itki olduqda dərhal rəhbərliyə məlumat verilməsi.
Tələb olunan bacarıqlar və təcrübə:
- Anbar idarəetməsi sahəsində təcrübə.
- Dil bilikləri: ingilis dili, rus dili
- İnventarizasiya və ehtiyatların idarə edilməsi barədə biliklər.
- Anbar proqram təminatı və ofis proqramları ilə işləmə bacarığı.
- Yüksək təşkilatçılıq və komanda idarəetmə bacarıqları.
İş şəraiti:
- Əmək qanunvericiliyinə uyğun münasibətlərin rəsmiləşdirilməsi.
- Əmək haqqı müsahibə zamanı təcrübə və bacarıqlara əsasən təyin ediləcək.
Ərizə qəbulu:
Vakansiya ilə bağlı müraciət üçün əlavə CV formasını e-mail vasitəsilə mövzu yerinə “Anbar Rəhbəri” yazmaqla hr@bsc-group.az elektron ünvanına göndərməyiniz xahiş olunur.