Vakansiya haqqında
- Cəmiyyətin elektron proqram təminatında anbara daxil olan və struktur bölmələr üzrə paylanmış bütün mal-materialların uçotunu və hesabatını aparmaq;
- Struktur bölmələrdən daxil olan sərfiyyat materialları ilə bağlı müraciətlərin icrasına nəzarət etmək və operativ təminatını həyata keçirmək;
- Anbarda mövcud olan materialların təsdiqlənmiş müraciətlər əsasında bölmələrə düzgün paylanmasını və bu əməliyyatların elektron sistemdə vaxtında qeydiyyatını təmin etmək;
- Gündəlik sifariş müraciətlərini izləmək, bilavasitə rəhbərin təsdiqi əsasında material sifarişlərini hazırlamaq, sifariş siyahılarını məsul şəxsə imzalatdırmaq və materialların təhvil-təslimini həyata keçirmək;
- Anbarda olan mal-materialların faktiki mövcudluğunu daimi nəzarətdə saxlamaq, dövri inventarizasiyalar aparmaq və azalan materiallar barədə bilavasitə rəhbəri vaxtında məlumatlandırmaq;
- Materialların müəyyən olunmuş saxlama və təhlükəsizlik qaydalarına uyğun qorunmasını təmin etmək;
- Materialların gündəlik sərfiyyatına nəzarət etmək və sistem üzrə düzgün uçotunu aparmaq;
- Hesabat dövrlərinin sonunda anbarda yaranan fərqlərin səbəblərini araşdırmaq və bu barədə yazılı şəkildə bilavasitə rəhbərliyi və mühasibatlığı məlumatlandırmaq.
İş şəraiti:
- İş yeri: Güzdək qəs.
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Əmək haqqı: 900-1000 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Namizədə dair tələblər:
- Müvafiq sahə üzrə minimum 1–3 il iş təcrübəsi (tikinti və ya istehsalat sahəsində təcrübə arzuolunandır);
- Anbar uçotu və elektron proqram təminatı ilə (1C proqramı) işləmək bacarığı (mütləq tələb);
- MS Office (MS Word, MS Excel, Outlook) proqramlarında işləmək bacarığı;
- Diqqətlilik, məsuliyyət və operativlik;
- Komanda ilə işləmək və riyazi təfəkkür.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Anbardar (Güzdək)” qeyd edərək (e-poçt «Müraciət et» düyməsində) elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Əlavə məlumat
- Təcrübə: 3 il
Oxşar elanlar
- Anbar idarəetməsi və uçot üzrə baş mütəxəssisİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi · 29 oktyabr 2026
- Anbar FəhləsiAmper Elektrik · 20 oktyabr 2026
- AnbardarMiniso Co LLC · 14 oktyabr 2026
- Meyvə-tərəvəz anbar işçisiBravo Supermarket · 26 oktyabr 2026
- Anbar işçisiAzeriMed QSC · 22 oktyabr 2026
- Anbardar (Avtomobil ehtiyyat hissələri üzrə)Nurgun Holding · 20 oktyabr 2026