Həcm üzrə mühəndis (MEP – Mexanik, Elektrik, Santexnik)

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Vəzifə və funksional öhdəliklər:

  • Mexanika, elektrik və santexnik sistemlər üzrə həcmlərin layihə çertyojları əsasında dəqiq çıxarılması
  • Tikinti və quraşdırma işləri üzrə smetaların hazırlanması və təhlili
  • Hazırlanmış smetaların müvafiq normativlər (o cümlədən FHN) ilə müqayisəsi
  • Uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin verilməsi
  • Subpodratçıların təqdim etdiyi həcmlərin və görülmüş işlərin yoxlanılması
  • Həcm cədvəllərinin düzgünlüyünün təmin edilməsi və mütəmadi yenilənməsi
  • Layihə dəyişikliklərinə uyğun olaraq həcmlərin və smetaların korrektə edilməsi
  • Texniki sənədlərin və hesabatların hazırlanması və təqdim olunması
  • Layihə komandası ilə sıx əməkdaşlıq edərək iş prosesinin optimallaşdırılması

Namizədə dair tələblər (Kvalifikasiya və səriştələr):

  • Müvafiq sahə üzrə ali təhsil (inşaat, mexanika, energetika və ya əlaqəli sahə)
  • Minimum 3 il MEP sahəsində iş təcrübəsi
  • AutoCAD, Excel və digər mühəndis proqramlarında sərbəst işləmək bacarığı
  • Tikinti və mühəndis sistemləri üzrə güclü praktiki bilik
  • Smeta və həcmlərin hesablanması üzrə təcrübə
  • Analitik düşünmə və detallara diqqət
  • Komandada işləmək və effektiv kommunikasiya bacarığı
  • Məsuliyyətli, dəqiq və nəticəyönümlü olmaq

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Nəsimi r.,
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Əmək haqqı: namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində Həcm üzrə mühəndis qeyd etməklə hr@capitalconstruction.az elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.