Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Layihələr üzrə son tarixləri müəyyən etmək, vəzifə bölgüsünü düzgün aparmaq və komandanın fəaliyyətinə nəzarət etmək;
  • Tikinti layihələrinin bütün mərhələlərində (planlaşdırma, icra və yekun) rəhbərlik edərək işlərin vaxtında və keyfiyyətlə tamamlanmasını təmin etmək;
  • Gündəlik tikinti prosesini idarə etmək, mühəndis və texniki heyət arasında koordinasiyanı təmin etmək;
  • Layihə üçün tələb olunan icazə və sənədlərin hazırlanmasına nəzarət etmək və müvafiq qurumlarla əlaqələri təşkil etmək;
  • İş qrafikini və resurs planlamasını hazırlamaq, material, texnika və işçi qüvvəsinin vaxtında təmin olunmasını təşkil etmək;
  • Təchizat prosesinə nəzarət etmək, material və avadanlıqların layihə tələblərinə uyğun istifadəsini təmin etmək;
  • Subpodratçıların fəaliyyətini koordinasiya etmək və müqavilə öhdəliklərinə uyğun işləmələrini təmin etmək;
  • Sifarişçi və layihələndirici tərəflərlə koordinasiyanı aparmaq, texniki məsələlərin həllini təmin etmək;
  • Layihə üzrə hesabatların (Forma-2 və s.) hazırlanmasına və düzgünlüyünə nəzarət etmək;
  • İşçilərin fəaliyyətini təşkil etmək, əmək mühafizəsi qaydalarına əməl olunmasına nəzarət etmək və rəhbərliyə müvafiq hesabatlar təqdim etmək.

Namizədə tələblər:

  • Ali təhsil (Tikinti mühəndisliyi, İnşaat mühəndisliyi və ya uyğun sahə üzrə);
  • Tikinti sahəsində müvafiq vəzifə üzrə minimum 5 il müvafiq iş təcrübəsi;
  • Layihə-smeta və işçi cizgilərlə işləmək bacarığı;
  • Tikinti-quraşdırma, təmir, bərpa və yenidənqurma işlərinin təşkili üzrə praktiki biliklər;
  • Texnoloji ardıcıllıq, iş qrafikləri və icra üsulları üzrə biliklər;
  • Tikinti norma və qaydalarını, texniki standartları və qanunvericiliyi yaxşı bilmək;
  • Layihələrin planlaşdırılması, büdcələnməsi və resursların idarə olunması üzrə bilik və bacarıqlar;
  • AutoCAD, MS Project və MS Office proqramlarında işləmək bacarığı;
  • Subpodratçılar və sifarişçilərlə effektiv işləmək və danışıqlar aparmaq bacarığı;
  • Analitik düşüncə, qərarvermə və problem həll etmə bacarıqları;
  • Liderlik və komanda idarəetmə qabiliyyəti;

İş şəraiti:

  • İş yeri: Quba r., və ya Badamdar qəs.
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək

Müraciət prosesi:

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Layihə rəhbəri” qeyd etməklə hr@capitalconstruction.az elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.