SƏTƏM üzrə mühəndis

Bu gün
1300 - 1500
Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək;
  • İşçilərin təhlükəsizlik üzrə təlimatlandırılmasını təşkil etmək və nəzarətdə saxlamaq;
  • Tikinti sahələrində risklərin qiymətləndirilməsi və təhlükələrin aradan qaldırılması üzrə tədbirlər görmək;
  • İstehsalat qəzaları və hadisələrinin araşdırılmasında iştirak etmək, hesabatlar hazırlamaq;
  • Subpodratçıların əməyin mühafizəsi tələblərinə əməl etməsinə nəzarət etmək;
  • Yanğın təhlükəsizliyi, ekologiya və tullantıların idarə olunması üzrə tədbirləri təşkil etmək;
  • Fərdi mühafizə vasitələrinin, təhlükəsizlik nişanlarının və aidiyyəti sənədlərin təminatına nəzarət etmək.

Namizədə tələblər:

  • Şəxsi nəqliyyat vasitəsinin olması;
  • Mühəndislik ixtisası üzrə ali təhsil;
  • Fövqəladə Hallar və həyat fəaliyyatinin təhlükəsizliyi mühəndisliyi ixtisasi üzrə Ali təhsil üstünlükdür;
  • Tikinti sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə iş təcrübəsi;
  • Əmək qanunvericiliyi və HSE standartları üzrə biliklər;
  • Müvafiq sertifikatların olması üstünlükdür;
  • Analitik düşüncə, məsuliyyətlilik və operativ qərarvermə bacarığı.

İş şəraiti:

  • İş yeri: Bakı, Xəzər r., Qala qəs.
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Əmək haqqı: 1300 -1500 AZN

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə mühəndis (Qala qəs.)” qeyd etməklə hr@capitalconstruction.az elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.