Vakansiya haqqında
Vəzifə haqqında:
Qəbələdə PepsiCo məhsullarının istehsalında xammaldan hazır məhsula qədər keyfiyyətə nəzarət edəcək, fiziki-kimyəvi yoxlamalar aparacaq və qida təhlükəsizliyi tələblərinin yerinə yetirilməsini izləyəcək Keyfiyyətə nəzarət üzrə mütəxəssis axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
PepsiCo məhsulları üçün xammalın, inqrediyentlərin və qablaşdırma materiallarının keyfiyyətini yoxlamaq;
İstehsal mərhələlərində nümunələr götürmək, Brix, pH, turşuluq və CO₂ göstəricilərinə nəzarət etmək;
Hazır məhsulun dolum həcmini, qablaşdırma bütövlüyünü, etiketlənmə və markalanmasını yoxlamaq;
İstehsal və dolum sahələrində GMP, HACCP, gigiyena və sanitariya tələblərinə nəzarət etmək;
Uyğunsuzluqları sənədləşdirmək, riskləri vaxtında bildirmək və düzəldici tədbirləri izləmək;
Mikrobioloji nümunələrin analizə göndərilməsini təşkil etmək və nəticələri izləmək;
Yoxlama nəticələrini qeyd etmək, hesabatlar hazırlamaq və əlaqədar komandalarla əməkdaşlıq etmək.
Tələblər
- Qida texnologiyası, kimya, biologiya və ya müvafiq texniki sahə üzrə ali və ya orta ixtisas təhsili
- Qida və içki istehsalında keyfiyyətə nəzarət üzrə ilkin bilik
- Nümunə götürmə, Brix, pH, turşuluq, CO₂ və qablaşdırma yoxlamaları barədə anlayış
- GMP, HACCP və qida təhlükəsizliyi tələblərinə bələdlik
- MS Excel ilə işləmək bacarığı
- Azərbaycan dili mütləqdir
- Detallara diqqət və məsuliyyətlilik
- Komandada işləmək və ünsiyyət bacarığı
- Öyrənməyə və inkişafa açıqlıq
- Uyğunsuzluqları vaxtında müəyyənləşdirmək bacarığı
- İşə başlamazdan əvvəl Bakı zavodunda bir neçə həftəlik praktiki təlim
- PepsiCo istehsal sahəsində daimi iş imkanı
- Peşəkar inkişaf və beynəlxalq standartlarla işləmək imkanı
- Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq
Üstünlük hesab olunur
- İstehsal təcrübəsi üstünlükdür
- Rus və ingilis dillərini bilmək üstünlükdür
- Yerli namizədlərə üstünlük verilir
Oxşar elanlar
- Sales Director / Satış üzrə direktorChenot Palace · Dünən
- Dietoloq / DietitianChenot Palace · 3 gün əvvəl
- Mikro kreditlər üzrə təcrübəçiAFB Bank · 4 gün əvvəl
- Kredit üzrə arxa ofis mütəxəssisi (Qəbələ filialı)Bank Respublika · 29 oktyabr 2026
- Mühasib / AccountantChenot Palace · 28 oktyabr 2026
- Xərclərə Nəzarətçi / Cost ControllerChenot Palace · 28 oktyabr 2026