Məhsul Meneceri

9 Yanvar 2026
Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Caspian Textile LLC gündəlik qadın və kişi geyim məhsullarını strateji idarə edən, eyni zamanda onları aktiv reklam edən və birbaşa satan Məhsul Meneceri axtarır.

Əsas tələblər

  • Brendli qadın və kişi gündəlik geyimlərinin retail satışında minimum 3 il təcrübə
  • Geyim məhsullarının reklamı və birbaşa satışında azı 3 il real iş təcrübəsi
  • Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət
  • Mağazalar və retail satış kanalları ilə işləmə bacarığı
  • Satış təqdimatları və danışıqlar aparma təcrübəsi

Öhdəliklər

  • Geyim məhsullarının reklam kampaniyalarının icrası
  • Mağazalar və retail şəbəkələrlə birbaşa satışın aparılması
  • Məhsulların satış nöqtələrinə təqdimatı və yerləşdirilməsi
  • Müştəri tələbatını analiz edib satışa çevirmək
  • Satış nəticələrini artırmaq üçün yeni imkanlar yaratmaq

Şərtlər:

  • Rəsmi əmək müqaviləsi
  • 5.5/1.5 iş rejimi
  • Yanacaq və telefon xərcləri şirkət tərəfindən qarşılanır

Maraqlanan namizədlər CV-ni mövzu yerində “Məhsul Meneceri” qeyd etməklə hr@castex.az elektron poçt ünvanına göndərsin.