İşin təsviri
Biz axtarırıq:
Yaradıcılıq və təşəbbüskarlıqla yanaşı, video kontent yaradılmasına marağı olan, video trendləri izləyən və videoqraf ilə sıx əməkdaşlıq edərək güclü layihələr ərsəyə gətirə biləcək Content Creator.
Vəzifə öhdəlikləri:
- Videoqrafla birgə işləyərək sosial media üçün Reels, Stories, Shorts və digər qısa formatlı kampaniya, təlim video kontentlərin yaradılması;
- Kontent planının hazırlanması və icrasında iştirak;
- Çəkiliş ssenarilərinin yazılması, video və ssenari referansların bölüşülməsi və ideyaların müzakirəsi;
- AI əsaslı alətlərdə referans üçün contentlərin yaradılması;
- Sosial media trendlərini izləmək və kontentə tətbiq etmək;
- Komanda (SMM, dizayner, videoqraf) ilə birlikdə layihələrin həyata keçirilməsi.
Namizəddən tələblər:
- Video və sosial media kontenti sahəsində minimum 2 il iş təcrübəsi;
- Sosial media trendlərinə (Instagram, TikTok, YouTube Shorts) bələdlik;
- Kreativ düşüncə və güclü vizual zövq;
- AI video alətlərdən istifadə bacarığı;
- Komanda ilə işləmək bacarığı və operativlik;
- Portfolio təqdim olunması mütləqdir.
Biz təklif edirik:
- Maraqlı və dinamik layihələrdə iştirak;
- Peşəkar videoqraf və yaradıcı komanda ilə birgə çalışma imkanı;
- Müasir avadanlıq və proqram təminatı ilə təmin olunma;
- Karyera inkişafı və yeni bacarıqlar əldə etmək üçün dəstək;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaqdır;
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00.
Müraciət üçün:
CV və portfolio-nuzu hr@caspident.az e-mail ünvanına “Content Creator” başlığı altında göndərməyiniz xahiş olunur.
Əgər video kontent yaratmağı sevir və kreativ ideyaları həyata keçirməkdən zövq alırsınızsa – Caspident komandasında sizi görməkdən məmnun olarıq!