Satış təmsilçisi

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

İş haqqında məlumat:

  • Şirkətin tibbi məhsul və avadanlıqlarının satışını təmin etmək;
  • Müəyyən olunmuş satış planı və hədəflərinə uyğun olaraq fəaliyyət göstərmək;
  • Yeni müştərilərin cəlb olunması və mövcud müştəri portfelinin idarə olunması;
  • Tibb müəssisələrinə (xəstəxanalar, klinikalar, və s.) məhsulların təqdimatı və satışının təşkili;
  • Ərazidə müntəzəm şəkildə müştəri ziyarətləri həyata keçirmək;
  • Satışa təqdim olunan məhsullar və avadanlıqlar haqqında ətraflı və dəqiq məlumata malik olmaq;
  • Müştərilərə məhsulun funksiyaları, istifadəsi, üstünlükləri barədə məlumat vermək və onları maarifləndirmək;
  • Günlük, həftəlik və aylıq satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Ziyarət edilmiş müştərilər, əldə olunan sifarişlər və gələcək planlar haqqında sənədləşmənin aparılması;
  • Müştərinin tələbatına uyğun məhsul təqdimatı etmək;
  • Seçilmiş məhsul haqqında müştəriyə tam və ətraflı məlumat vermək;
  • Məhsulun stok miqdarını cari dəyərini daim nəzarətdə saxlamaq;

Tələblər:

  • Ali və ya orta ixtisas təhsilli olmalı;
  • Komandada işləmək bacarığı olmalı;
  • Satış və ya müştəri xidmətləri sahəsi üzrə 1 ilə qədər iş təcrübəsi olmalı;
  • Müştərilərə diqqətli və səbrli davranış sərgiləməli;
  • Sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması mütləqdir;
  • Yaş məhdudiyyəti 22-35

İş şərtləri:

  • Həftədə 5 iş günü, 2 gün istirahət;
  • İş yeri: Bakı şəhəri
  • Əmək haqqı: fix maaş 1000 Azn+2%

Tələblərə cavab verdiyiniz təqdirdə CV-lərinizi “Satış təmsilçisi” başlığı altında job@caspident.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.