İşin təsviri
SIEM/SOAR platformalarından gələn bildirişləri izləmək və loqları analiz etmək;
Təhlükəsizlik insidentlərini təsnifləşdirmək, ilkin araşdırma aparmaq və L2 analitiklərinə yönləndirmək;
Fişinq, zərərli proqram, giriş cəhdləri və digər hücumlarla bağlı insidentləri idarə etmək;
Təhdidlər üzrə hesabat hazırlamaq və SOC rəhbərliyinə təqdim etmək;
SOC komandası ilə əməkdaşlıq etmək və yeni prosedurlar üzrə təkliflər vermək.
Tələblər
Kibertəhlükəsizlik/SOC sahəsində ən az 1 il təcrübə;
SIEM alətləri (Splunk, ELK, QRadar və s.) üzrə baza biliklər;
Firewall, IDS/IPS, EDR/XDR texnologiyaları barədə anlayış;
Windows/Linux sistemlərində loqların analizi təcrübəsi;
MITRE ATT&CK, NIST və digər çərçivələrlə tanışlıq;
Azərbaycan və İngilis dilləri (məcburi), Rus dili (arzuolunan).
Üstünlüklər
Python, PowerShell və ya Bash ilə skript yazma bacarığı;
Fişinq və sosial mühəndislik hücumlarının təhlili üzrə biliklər;
Sertifikatlar: CompTIA Security+, CSA, Splunk Analyst, SC-200 və s.