İşin təsviri
- Mehmanxananın bütün gündəlik nağd ödəniş çeklərinin qəbulu.
- Mehmanxananın Gündəlik Kassa (Nağd hesablaşmalar) Hesabatının hazırlanması.
- Mehmanxana ehtiyacları üçün kiçik məbləğli ödənişlərin düzgün yerinə yetirilməsinə nəzarəti təşkil etmək və təsdiqedici sənədlərlə birlikdə hesabatını hazırlayıb təqdim etmək.
- Şöbələrin Gündəlik Kassa və Nağd hesablaşmalarının fiziki auditini təşkil etmək.
- Opera və Micros sistemləri arasında bütün nəğd ödənişlərinin düzgün qeydiyyatını və nəzarətini təşkil etmək, fərqlərin olduğu aşkarlanarsa, vaxtında düzəlişlərin edilməsini təmin etmək.
Tələblər
- Maliyyə, Mühasibatlıq və əlaqəli sahə üzrə Ali təhsil.
- 1-2 il iş təcrübəsinə malik olmaq.
- Micros, Opera və MC proqramlarını yaxşı səviyyədə bilmək.
- Analitik düşüncəyə malik olmaq.
- Azərbaycan və İngilis dillərinin yazılı və şifahi ünsiyyət qabiliyyətinə malik olmaq.
- Komandada işləmək bacarığı, gülərüzlü olmaq.