Vakansiya haqqında
İş yeri: Qarabağ və regionlar
Vəzifə öhdəlikləri
- Şirkətə məxsus bütün nəqliyyat vasitələrinin və xüsusi texnikaların işinə nəzarətin həyata keçirilməsi;
- Nəqliyyat vasitələrinin və texnikaların texniki vəziyyətinin mütəmadi yoxlanılmasının təşkili;
- Aşkar olunan texniki nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması prosesinin koordinasiyası;
- Nəqliyyat vasitələrinin texniki baxış, təmir və texniki xidmət qrafiklərinin hazırlanması və icrasına nəzarət;
- Yanacaq sərfiyyatının, yürüş göstəricilərinin və nəqliyyat vasitələrinin istifadə vəziyyətinin izlənilməsi;
- Sürücülərin fəaliyyətinin və nəqliyyat vasitələrinin təyinatı üzrə istifadəsinin koordinasiyası;
- Ehtiyat hissələrinə və texniki xidmətə olan ehtiyacların müəyyənləşdirilməsi;
- Nəqliyyat vasitələri və xüsusi texnikalar üzrə müvafiq sənədləşmə və hesabatların aparılması;
- Nəqliyyat vasitələrinin və tikinti texnikalarının fasiləsiz və səmərəli fəaliyyətinin təmin edilməsi.
Tələblər
- Müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili;
- Nəqliyyat vasitələri və xüsusi texnikaların texniki quruluşu, iş prinsipi və istismar qaydaları haqqında biliklər;
- Yük avtomobilləri, minik avtomobilləri, ekskavator, buldozer, avtokran və digər tikinti texnikaları barədə praktiki biliklərin olması;
- Texniki nasazlıqları ilkin mərhələdə müəyyənləşdirmək və onların aradan qaldırılması prosesini təşkil etmək bacarığı;
- Nəqliyyat və ya texniki xidmət sahəsində iş təcrübəsi;
- MS Office proqramlarında işləmək bacarığı;
- Məsuliyyətlilik, operativlik, təşkilatçılıq və komanda ilə işləmək bacarığı;
- Regionlarda və zərurət yarandıqda Qarabağ bölgəsində işləmək imkanı.
Üstünlük: Tikinti şirkətlərində nəqliyyat vasitələri və xüsusi texnikaların idarə olunması, istismarı və texniki xidmətinin təşkili sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.
CV-nizi (e-poçt «Müraciət et» düyməsində) elektron poçt ünvanına göndərərkən mövzu hissəsində “Nəqliyyat üzrə koordinator” qeyd etməyiniz xahiş olunur.
Əlavə məlumat
- Təcrübə: 1-2 il
- Təhsil: Bakalavr
Oxşar elanlar
- Tibb xidmətinin təşkili şöbəsi/ Həkim koordinatorAzərbaycan Hava Yolları (AZAL) · 28 oktyabr 2026
- Qeydiyyatçı / Koordinator (klinika)SwissDent · 21 oktyabr 2026
- Səyahətlər üzrə KoordinatorVeysəloğlu MMC · 16 oktyabr 2026
- Mühasib koordinatorBSC Group · 14 oktyabr 2026
- Marketing üzrə KoordinatorAzera Holding · 21 oktyabr 2026
- Binaların idarə edilməsi və istismarı üzrə koordinatorFacility Management Group · 16 oktyabr 2026