İşin təsviri
- Göstərilmiş hissələrin və metal-konstruksiyaların qaynaq işlərini həyata keçirmək;
- Qapalı şəraitdə olan detalların təmizlənməsi və qaynaq edilməsini həyata keçirmək;
- Yeni montaj edilmiş konstruksiyaların qaynaq edilməsini həyata keçirmək;
- Təhlükəsizlik qaydalarına əməl etməklə, yüksək hündürlüklü yerlərdə qaynaq işlərinin aparılmasını həyata keçirmək;
- Avadanlıqların sıradan çıxmış ehtiyyat hissələrinin sexdə və istehsalat sahəsində qaynaq edilməsini həyata keçirmək;
- İstənilən forma və qurluşda olan materialların qaynaq edilməsini həyata keçirmək;
- Qaynaq işlərinin yerinə yetirilməsi və onların keyfiyyətinin yaxşılaşdırılması zamanı, əmək məhsuldarlığının artırılmasını təmin edən, qaynağın mütərrəqi metodlarının istehsalata tətbiqini təşkil etmək;
- Qaynaq və qaynaq rejiminin texnologiyasına, avadanlıqların istismarının texniki qaydalarına, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etmək;
- Xüsusi geyim və FMV-dən istifadə qaydalarına əməl etmək;
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək; İş yeri: Bakı və regionlar
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- 6 günlük iş rejimi
- Şənbə günü 10:00-dan 16:00-dək
- Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq müsahibə zamanı müzakirə olunacaq.
Uyğun namizədlər CV-lərini “Qaynaqçı” başlığı ilə vacancy@cronos.az elektron poçt ünvanına göndərə bilərlər.