İşin təsviri

  • Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərini tərtib etmək və vaxtında təhvil vermək;
  • Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz etmək;
  • Layihədəki büdcə risklərin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq;
  • Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
  • Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparmaq;
  • Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlamaq və bu barədə arayış tərtib etmək;
  • Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak etmək;
  • Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak etmək;
  • Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlamaq, görülən işlər barədə aktlar hazırlamaq;
  • Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görmək;
  • Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirmək ;
  • Smeta qiymətləri haqqında arayışlar tərtib etmək;
  • İdarəetmənin keyfiyyəti üzrə tələblərə əməl etmək;
  • Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və bitməyərək yarımçıq qalmış) iş həcmləri və materialların hesablanması və cədvəllərinin hazırlanması;
  • Obyektlərdə (yerində) ölçü işlərinin aparılması;
  • Smetaların bazar qiymətləri ilə hesablanması;
  • Texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi);
  • Sahələrdən gələn texniki hesabatların yoxlanması. 

Tələblər:

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə 
  • 6 günlük iş rejimi
  • Həftə içi günlər saat 10:00-dan 18:00-dək
  • Şənbə günü 10:00-dan 16:00-dək

Namizədlər CV-lərini “Smeta mühəndisi” başlığı ilə vacancy@cronos.az elektron poçt ünvanına göndərə bilərlər.