Məzmuna keçin
Decor Concept yerləşdirilib

Logistika və satınalma üzrə menecer

Maaş
1 500 AZN
Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

İnşaat və interyer dekorasiyası sektorunda fəaliyyət göstərən Decor Concept şirkəti satınalma, idxal-ixrac və beynəlxalq yükdaşımaları koordinasiya edəcək logistika və satınalma üzrə menecer axtarır. Xanım namizədləri də müraciət etməyə dəvət edirik.

İş şərtləri

Ünvan — Bakı şəhəri, Süleyman Sani Axundov, məhəllə 3123, Dərnəgül metrostansiyasının yaxınlığı

İş qrafiki — Bazar ertəsi–cümə, 09:30–17:00

Əməkhaqqı — 1 500 AZN.

Şirkət təklif edir

Sabit iş mühiti.

Peşəkar inkişaf və karyera imkanları.

Öhdəliklər

Xarici təchizatçılarla gündəlik yazışmaları və danışıqları aparmaq.

Qiymət təkliflərini və çatdırılma şərtlərini müqayisə etmək, satınalma və idxal-ixrac sifarişlərinin icrasını izləmək.

Beynəlxalq yükdaşımaları planlaşdırmaq və çatdırılmanı yükün təhvil verilməsinədək izləmək.

Logistika və gömrük sənədlərinin hazırlanmasını təşkil etmək.

Daşıyıcı və logistika şirkətləri ilə danışıqlar aparmaq, yükə uyğun daşıma variantını seçmək.

Tələblər

  • Logistika sahəsində ən azı 3 il iş təcrübəsi
  • Rus və ingilis dillərinin hər ikisində şifahi və yazılı işgüzar ünsiyyət bacarığı mütləqdir
  • İdxal-ixrac və beynəlxalq yükdaşıma prosesləri üzrə bilik
  • MS Office proqramları ilə işləmək bacarığı
  • Danışıqlar aparmaq, işləri planlaşdırmaq və koordinasiya etmək bacarığı
  • Məsuliyyətli, diqqətli və operativ yanaşma

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →