İşin təsviri
Pirallahıda yerləşən zavoda Mühəndis tələb olunur
İş şəraiti
- Ə/H 2000-2500 Azn (net)
- İş qrafiki növbəli
- İs yeri Pirallahı qəsəbəsi
Vəzifə öhdəlikləri:
- İstehsalat avadanlıqlarının fasiləsiz işləməsinə nəzarət etmək;
- Mexaniki və avtomatlaşdırma sistemlərinin texniki xidmətini həyata keçirmək;
- Avadanlıqlarda yaranan nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
- Planlı texniki baxış və profilaktik işləri yerinə yetirmək;
- Avadanlıqların təmir və quraşdırma prosesində iştirak etmək;
- İstehsalat prosesinin təhlükəsiz və səmərəli işləməsini təmin etmək.
Tələblər:
- Ali təhsil (mühəndislik ixtisası üzrə)
- Mexanika və avtomatlaşdırma sistemləri üzrə biliklər;
- Sahə üzrə minimum 1–3 il iş təcrübəsi
- Texniki bilik və analitik düşünmə qabiliyyəti
- MS Office proqramları üzrə biliklər
- Komandada işləmə və ünsiyyət bacarığı
- Məsuliyyətli və diqqətli yanaşma
Üstünlük verilir:
- Layihə təcrübəsi
- Müvafiq sertifikatlar
- Xarici dil biliyi (ingilis / rus)
Təklif edirik:
- Əmək Məcəlləsinə uyğun rəsmi iş
- Stabil əmək haqqı
- Peşəkar inkişaf və karyera imkanları
- Rahat iş mühiti
Maraqlanan namizədlər öz CV-lərini hr@diamed.az elektron poçt ünvanına göndərə bilərlər.