İşin təsviri
- Fikir Club üzvləri ilə daimi əlaqə saxlamaq – onların ehtiyaclarını və rəyini dinləmək
- Müxtəlif növ tədbirlər, seminarlar, master-klaslar və networking eventləri təşkil etmək və həyata keçirmək
- Tədbirlər üçün məkan, iştirakçılar və loqistika ilə bağlı koordinasiyanı təmin etmək
- İcma ruhunu gücləndirəcək innovativ layihə və təşəbbüslər hazırlamaq
- Üzvlər üçün eksklüziv imkanlar yaratmaq və onlara fərdi dəstək göstərmək
- Sosial media və daxili kommunikasiya kanallarında tədbirlər və üzvlük barədə aktiv iş aparmaq
- Mütəmadi olaraq hesabatların hazırlanması
İş şərtləri
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun rəsmiləşmə
- Ağ Şəhərdə rahat və innovativ mühitə malik ofis
- Karyera və vəzifə artımı imkanı
- Korporativ nömrə, telefon və Macbook ilə təmin olunma
- İş qrafiki: həftədə 5 gün, saat 09:00–18:00
- Əmək haqqı: 800 azn
Namizədə dair tələblər
- Ali təhsil
- Eventlərin təşkili və icra olunmasında ən azı 1 il təcrübə
- Üzvlərlə və premium müştərilərlə işləmək bacarığı
- Yüksək kommunikasiya və təşkilatçılıq qabiliyyəti
- Yaradıcı, təşəbbüskar və nəticəyönümlü olmaq
- Azərbaycan dilində səlis danışıq, rus və ingilis dili üstünlükdür
- Sosial media və icma idarəetmə təcrübəsi arzuolunandır
Müraciət üçün
CV faylınızı “Community Manager” mövzusu ilə info@fikircoworking.com elektron poçt ünvanına göndərə bilərsiniz.