İşin təsviri
- Sosial media hesablarının (Instagram, TikTok, Facebook və s.) idarə olunmasında marketinq komandasına dəstək vermək;
- Kontent ideyalarının hazırlanması, paylaşım planlarının tərtibində iştirak etmək;
- Reels və digər video kontentlərin çəkilişi və montajında aktiv rol almaq;
- Akademiyanın brend tonuna uyğun kreativ kontentlərin hazırlanmasında iştirak;
- SMM strategiyalarının icrasını izləmək və hesabatlarda köməklik göstərmək.
İş şərtləri:
- Təcrübə müddəti: 4 ay;
- İş qrafiki: 5 günlük, həftə içi (part-time və ya full-time format mümkündür);
- Təcrübə ödənişlidir;
- İş mühiti: dinamik, öyrənməyə açıq, gənc və yaradıcı komanda;
- İş yeri: Div Academy, Elmlər filialı.
Namizədə dair tələblər:
- Rəqəmsal marketinq və sosial media sahəsinə maraqlı olmaq;
- SMM bacarıqlarına malik olmaq (kontent planlama, trendləri izləmə və analiz etmə);
- Reels və qısa video hazırlama bacarığı (ideya, çəkiliş, montaj);
- CapCut, Canva və ya digər montaj proqramlarında işləmə bacarığı;
- Kreativ düşüncə tərzi və komanda ilə işləmək bacarığı;
- Aktiv, məsuliyyətli və təşəbbüskar olmaq.
CV və portfolio faylınızı talent@div.edu.az elektron poçt ünvanına göndərə bilərsiniz.