Maliyyə mütəxəssisi (Sumqayıt, istehsalat sahəsi)

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

İş qrafiki: 5 günlük / saat 09:00 – 18:00
İşin təsviri:

  • Müəssisənin gündəlik maliyyə əməliyyatlarının idarə olunması və nəzarəti
  • Gəlir və xərclərin uçotunun aparılması, maliyyə axınlarının planlaşdırılması
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması
  • Büdcənin tərtibi və icrasına nəzarət, kənarlaşmaların təhlili
  • İstehsalat xərclərinin (maya dəyəri) hesablanması və optimallaşdırılması
  • Pul vəsaitlərinin hərəkətinin (cash flow) izlənməsi və proqnozlaşdırılması
  • Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasına nəzarət
  • Audit proseslərində iştirak və sənədlərin hazırlanması
  • Rəhbərliyə analitik maliyyə hesabatlarının təqdim edilməsi
  • Maliyyə risklərinin müəyyən edilməsi və azaldılması üzrə təkliflər verilməsi
  • ERP və mühasibat proqramlarında məlumatların düzgünlüyünə nəzarət
  • Digər şöbələrlə koordinasiyalı işin təşkili

Tələblər:

  • Maliyyə və mühasibat sahəsində Ali təhsil
  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
  • ACCA F3 sertifikatının olması
  • 1C və MS Office proqramlarında işləmə bacarıqları
  • Analitik düşünmə qabiliyyəti
  • Detallara diqqətli olması
  • Komandada işləmə bacarıqları

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “Maliyyə mütəxəssisi (Sumqayıt, istehsalat sahəsi)” qeyd edib career@embawood.com elektron poçt ünvanına göndərəsiniz.