Əməliyyatlar üzrə mütəxəssis (Bakı Limanı)

4 May 2026

İşin təsviri

  • Bütün növ gəmi əməliyyatlarının, sənədləşməsinin icra olunması və DSX, DGK, XDG və yük sahibləri ilə mütəmadi əlaqəni təşkil etmək;
  • Terminalın ərazisində yükaşırma əməliyyatları zamanı anbarların, keçidlərin və iş yerlərinin xəbərdaredici nişanlar ilə təchiz olunmasını təmin etmək;
  • Tərəzidə çəkilmiş nəqliyyat vasitələrinə nəzarət etmək və sənədləşdirmək;
  • Bütün növ nəqliyyat vasitələrindən işlənən yüklərin lazımi yük sənədlərinin hazırlanmasında iştirak etmək;
  • Yüklərin təhvil-təslim zamanı məlumat vərəqlərini hazırlamaq və müvafiq struktur bölmələrə vermək;
  • Növbə ərzində görülən işlər əsasında “Naryad-tapşırıq” -ı tərtib etmək.

Tələblər

Bilməlidir:

  • Əməyin təhlükəsizliyi qaydalarını;
  • Yükaşırma işlərinin təşkilini;
  • Texniki istismar qaydalarını;
  • Yanğından mühafizənin norma və qaydalarını.