İşin təsviri
Komandamıza məsuliyyətli, punktual və ünsiyyətcil Administrator axtarırıq.
Vəzifə öhdəlikləri:
- Kafenin gündəlik fəaliyyətini təşkil və koordinasiya etmək;
- Kafedə yüksək xidmət keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Müştərilərə göstərilən xidmətin şirkət standartlarına uyğun olmasını təmin etmək;
- Komandanın gündəlik iş prosesini koordinasiya etmək və idarə etmək.
- Məhsulların vitrində səliqəli düzülüşünə nəzarət etmək;
- Xidmət zamanı yaranan problemləri operativ həll etmək.
- Növbənin açılış və bağlanış prosesinə nəzarət etmək;
- İş bölgüsünü düzgün həyata keçirmək və əməkdaşların fəaliyyətini əlaqələndirmək;
Tələblər:
- Satış və müştəri xidməti sahəsində bilik və təcrübə;
- Güclü ünsiyyət və liderlik bacarıqları;
- Məsuliyyətli, dəqiq və komandanı idarəetmə bacarığı;
- Operativ qərarvermə və problem həll etmə bacarığı;
- MS Office proqramlarından istifadə bacarığı;
- Ali təhsili; (Tam başa vurmuş);
- Azərbaycan və rus dilində səlis danışıq (ingilis dili biliyi üstünlükdür);
Biz təklif edirik:
- Əməkhaqqı 1000 Azn NET; (Artan əməkhaqqı);
- Növbəli iş qrafiki; (7:00-22:30 aralığında 8 saatlıq iş qrafiki);
- Mehriban və dinamik iş mühiti;
Təminatlar:
- Təlim və peşəkar inkişaf imkanları;
- Nahar ilə təmin edilmə;
İş yeri: Bakı şəhəri, mərkəz və mərkəzə yaxın ərazilər.
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Administrator” qeyd etməklə gunel.shukurova@entree.az elektron poçt ünvanına göndərə və ya 055 505 91 51 nömrəsi ilə əlaqə yarada bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.