Xaçapuri ustası

İşin təsviri

İş barədə məlumat:

  • Şirkətimizə məsuliyyətli və təcrübəli xaçapuri ustası dəvət olunur. İş 2 növbəli qrafik üzrə təşkil olunur.

Vəzifə öhdəlikləri:

  • Xaçapuri, piroq və digər un məmulatlarının hazırlanmasının texnoloji prosesinin tam və düzgün icrası
  • İstehsalat üçün tələb olunan xammal və materialların vaxtında tədarükünün təşkili
  • Resepturaya uyğun olaraq xəmirin yoğrulması və keyfiyyətinə nəzarət
  • Müxtəlif növ məmulatlar üçün xəmirin hazırlanması, formalaşdırılması və bişirilməsi
  • Hazır məhsulların bükücü avadanlıqlara düzgün verilməsi və bükülmə keyfiyyətinə nəzarət
  • Xaçapuri və piroqlar üçün müxtəlif növ içliklərin hazırlanması
  • Qarışdırıcı avadanlıqlara xammalın müəyyən olunmuş resepturaya uyğun əlavə edilməsi
  • Kremlərin hazırlanması prosesinə nəzarət və keyfiyyət standartlarının təmin olunması
  • İçliklərin hazırlanması zamanı temperatur rejiminin düzgün tənzimlənməsi və nəzarətdə saxlanılması
  • Sanitariya və gigiyena qaydalarına riayət edilməsi

Tələblər:

  • Xanım namizədlərə üstünlük veriləcəkdir
  • Müvafiq sahədə minimum iş təcrübəsi
  • Texnoloji proseslər və resepturalar həmçinin qat-qat xəmirlərin hazırlanması üzrə biliklər
  • Dəqiqlik, məsuliyyətlilik və operativlik
  • Komandada işləmək bacarığı

Biz təklif edirik:

  • Stabil iş yeri
  • Növbəli iş qrafiki
  • Rəqabətli əməkhaqqı
  • Peşəkar inkişaf imkanı
  • Əmək haqqı – 770 manat (təcrübə qazanlıdıqca əmək haqqı artımı gözlənilir)

Uyğun namizədlərdən CV formalarını Fəridə xanımın (055 505 78 08) Whatsapp nömrəsinə vakansiya adı ilə birlikdə göndərməkləri xahiş olunur.