Biznes Bankçılıq Departamenti/Sifarişlərin təhlili və strukturlaşdırılması şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi/böyük mütəxəssisi

İşin təsviri

Təsvir

  • Daxil olmuş sifarişlərə biznesin olduğu yerlərdə baxış keçirilməsi, bankın daxili prosedur və daxili normativlərinə uyğun olaraq maliyyə və biznes təhlili edilməsi;
  • Təqdimat formalarının, memorandumlarının hazırlanması;
  • Mövcud bazar risklərinin aydınlaşdırılması;
  • Yekun kredit sifarişinin kredit komitəsinə təqdim olunması;
  • Müvafiq hesabatların hazırlanması.

Tələblər

  • SME, Mikro, kredit təhlili və ya mühasibatlıq sahəsində ən azı 1 il təcrübə
  • Maliyyə təhlili ilə bağlı yüksək bilik və bacarıqların olması;               
  • Riyazi və analitik düşünmə;
  • Bazar və əməliyyat risklərinin müəyyən edilməsi bacarığı;
  • Ofis proqramlarında xüsusən Excel-də yaxşı səviyyədə işləmə bacarığı;
  • Təqdimat bacarığı;  

Əlavə tələblər:

  •    ACCA F3, F7, CFA və s. maliyyə və muhasibatlıq üzrə sertifikatları olan şəxslərə üstünlük veriləcəkdir