Daxili audit departamenti, Kredit əməliyyatları üzrə daxili auditor

İşin təsviri

  • Audit planı əsasında audit prosesini təşkil və koordinasiya edilməsi;
  • Maliyyə resurslarının planlaşdırılması və büdcənin icrasının yoxlanılması;
  • Aktivlərin qorunması üzrə sistem və prosedurların yoxlanılması;
  • Bankın fəaliyyətinin strateji plana uyğunluğunun yoxlanılması;
  • Daxili nəzarət sisteminin effektivliyinin və adekvatlığının qiymətləndirilməsi;
  • Auditin nəticəsi (uyğunsuzluqlar və maliyyə itkiləri) barədə hesabatın hazırlanması;
  • Boşluqların aşkar edilməsi və risklərin qarşısının alınması üçün tövsiyələrin verilməsi;
  • Audit tapıntıları üzrə hesabatın hazırlanması.

Tələblər

  • Ali iqtisadi və ya hüquqi təhsil;
  • Bank sektorunun audit, risk və ya daxili nəzarət sahəsində minimum 1 illik təcrübə / digər sektorlarda analoji sahələrdə minimum 2 illik təcrübə;
  • MS Office proqramlarında, xüsusilə Exceldə yüksək səviyyədə işləmə bacarığı;
  • Daxili audit standartları haqqında anlayış;
  • Analitik və araşdırma qabiliyyətləri;
  • Maliyyə hesabatlarının beynəlxalq standartları (MHBS) haqqında anlayış;
  • ACCA, CIA kimi beynəlxalq sertifikatlara malik olmaq arzuolunandır;
  • SQL və PYTHON bacarıqlarının olması arzuolunandır;
  • Azərbaycan dili – səlis , ingilis dili bilikləri arzuolunandır.