Risklərin idarə edilməsi və nəzarət proseslərinə koordinasiya və kommunikasiyanın təşkilinə dəstək vermək;
İnsidentlərin idarə edilməsi prosesində müvafiq struktur böl mələrdən məlumat və sənədlərin toplanması, analitik təhlil və səbəblərinin araşdırılmasında iştirak etmək;
Risklərin müəyyənləşdirilməsi, qeydiyyatının aparılması, qiymətləndirilməsi və minimallaşdırılmasının həyata keçirilməsində iştirak etmək;
Yaradılan yeni məhsul, biznes proses, layihələrin risk əsaslı təhlilində, qiymətləndirilməsində iştirak etmək;
Bankda tərtib edilən yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklərə riskin müəyyən olunması və qarşısının alınmasına dair rəy verilməsi prosesində iştirak etmək;
Risk nəzarət və özünü qiymətləndirmə (RCSA) alətinin tətbiqi;
Bankın struktur bölmələrinin işçilərinin risk mədəniyyətinin formalaşdırılması məqsədi ilə əməliyyat risklərinin idarə edilməsi üzrə bankdaxili təlimlərin və təqdimatların keçirilməsində iştirak etmək.
Tələblər
Ali təhsil (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas);
Bank və ya anoloji sektorunda 3 il iş təcrübəsi (Pərakəndə və korporativ məhsullar üzrə, komplayns, korporativ hüquq və ya audit sahəsində iş təcrübəsi üstünlük təşkil edir);
Azərbaycan dili səlis, rus və ingilis dili arzuolunandır;
MS Ofis proqramları ilə işləmə bacarığı. MS Excel, SQL;
ISO 31000 və ya risklərin idarə edilməsinə dair digər beynəlxalq sertifikatların olması arzuolunandır;
Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti;