İşin təsviri
- Monitorinq planına uyğun yoxlamaların həyata keçirilməsi;
- Monitorinq nəticələri üzrə işçi hesabatların və sənədlərin hazırlanması;
- Bankın struktur bölmələrinin fəaliyyətinin, məhsul və xidmətlərini normativ tələblərə uyğunluğuna müntəzəm monitorinqinin həyata keçirilməsi, uyğunsuzluqların müəyyən edilməsi;
- Aşkar edilmiş uyğunsuzluqların sənədləşdirilməsi, tövsiyələrin hazırlanması və icra vəziyyətinin izlənməsi;
- Departamentin fəaliyyəti ilə bağlı tələb edilən bankdaxili hesabatların hazırlaması;
- Qanunverciliyə və Maliyyə bazarlarını tənzimləyən normativ xarakterli aktlara uyğun olaraq nəzarət orqanları tərəfindən müəyyən edilən hesabatların (günlük, aylıq və rüblük) və sənədlərin hazırlaması;
- Nəzarət orqanları, müxbir banklar və digər qurumlardan daxil olan sorğuların araşdırılması və cavablandırılması;
- Departamentin fəaliyyəti ilə bağlı nəzarət orqanları, daxili və kənar audit tərəfindən hazırlanan tədbirlər planının icrasının monitorinqinin həyata keçirilməsi;
- Departamentin istifadə etdiyi texniki imkanların inkişafı və optimallaşdırılması üzrə texniki tapşırıqların hazırlanması.
Tələblər
- Ali təhsil;
- Analoji sahə üzrə 1 il iş təcrübəsi;
- Kompüter bilikləri, Microsoft Office proqramları ilə işləmək bacarığı;
- Oracle SQL üzrə biliklər üstünlükdür;
- Azərbaycan dilini sərbəst, rus və ingilis dilini yaxşı səviyyədə bilməli;
- Təşəbbüskarlıq;
- Analitik təhliletmə qabiliyyəti.