Məzmuna keçin
Expressbank yerləşdirilib

Mikro kreditlər üzrə kiçik kredit mütəxəssisi (Bərdə, Mingəçevir, Xaçmaz, Lənkəran, Şirvan və Gəncə filialları üzrə)

Şəhər
Bərdə
İş növü
Tam iş günü

Vakansiya haqqında

Təsvir

  • Kredit bazarının təhlil edilməsi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin cəlb olunması;
  • Mikro kreditlər üzrə sifarişlərin qəbul edilməsi, kreditlərin bankın daxili prosedur və qaydalarına uyğun verilməsi və sənədləşdirilməsi üçün sənədlərin toplanması;
  • Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması, girovun qiymətləndirilməsi məqsədilə ilkin monitorinqin keçirilməsi;
  • Kredit memorandumunun tərtib olunması və digər sənədlərlə birgə kredit komitəsinin müzakirəsinə çıxarılması üçün Qrup rəhbərinə və ya Koordinatora təqdim olunması;
  • Kredit verilməsinə müsbət rəy alındıqda kredit məlumatlarını ABİS-ə daxil edilməsi üçün müvafiq əməkdaşa təqdim olunması;
  • Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsini təmin olunması;
  • Müqavilə şərtlərini pozmuş müştərilərlə daimi işin aparılması və borcların ödənilməsi istiqamətində tədbirlərin görülməsi.

Tələblər

  • Ali təhsil;
  • Təhliletmə qabiliyyəti və ünsiyyətqurma bacarığı;
  • Microsoft Office proqramlarının istifadəçi səviyyəsində biliyi;
  • Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti;
  • Komandada işləmək bacarığı.

Əlavə məlumat

  • Təcrübə: 1-2 il
  • Vəzifə səviyyəsi: Mütəxəssis
  • Təhsil: Bakalavr

Oxşar elanlar

Bütün Mikro Kredit vakansiyaları →