Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis (Əhmədli, Yasamal, Neftçilər, Qaradağ filialları)

İşin təsviri

· Kredit bazarını təhlil edir və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb edir;

· Mikro kreditlər üzrə sifarişləri qəbul edir, kreditləri bankın daxili prosedur və qaydalarına uyğun verilməsi və sənədləşdirilməsi üçün sənədləri toplayır;

· Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması, girovun qiymətləndirilməsi məqsədilə ilkin monitorinq keçirir;

· Kredit memorandumunu tərtib edir və digər sənədlərlə birgə kredit komitəsinin müzakirəsinə çıxarılması üçün Qrup rəhbərinə və ya Koordinatora təqdim edir;

· Kredit verilməsinə müsbət rəy alındıqda kredit məlumatlarını ABİS-ə daxil edilməsi üçün müvafiq əməkdaşa təqdim edir;

· Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsini təmin edir;

· Müqavilə şərtlərini pozmuş müştərilərlə daimi iş aparır və borcların ödənilməsi istiqamətində tədbirlər görür.

Tələblər

· Ali təhsil;

· Mikro kreditlərin verilməsi sahəsində minimum 1 il iş təcrübəsi

· Təhliletmə qabiliyyəti və ünsiyyətqurma bacarığı;

· Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;

· Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti;