Onlayn satış təmsilçisi

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Müştərilərdən daxil olan zənglərin, WhatsApp, sosial media və digər onlayn kanallar üzərindən müraciətlərin operativ cavablandırılması;
  • Müştərilərə məhsullar, qiymətlər, kampaniyalar, stok və çatdırılma şərtləri haqqında düzgün məlumatların təqdim edilməsi;
  • Onlayn sifarişlərin qəbulu, sistemə daxil edilməsi və sifariş prosesinin sonadək izlənilməsi;
  • Müştəri ehtiyaclarını müəyyən edərək uyğun məhsulların təklif edilməsi və əlavə satış imkanlarının yaradılması;
  • Zənglərin və müraciətlərin CRM sistemində qeydiyyatının aparılması;
  • Müştəri şikayət və təkliflərinin qəbul edilməsi, həlli üçün aidiyyəti şöbələrə yönləndirilməsi;
  • Satış sonrası müştəri əlaqələrinin idarə edilməsi;
  • Günlük satış və müraciət hesabatlarının hazırlanması;

Tələblər:

  • Yaş: 22-40
  • Müştəri xidməti və ya satış sahəsində təcrübə;
  • Telefon və yazılı ünsiyyət bacarığı;
  • Azərbaycan dilində səlis danışıq (rus dili arzuolunandır);
  • Kompüter ilə işləmə bacarığı;
  • Sürətli qərarvermə və problem həll etmə bacarığı;
  • Satış yönümlü və nəticə fokuslu yanaşma.

Üstünlüklər:

  • E-commerce və onlayn satış təcrübəsi;
  • WhatsApp Business, sosial media mesajlaşma platformaları ilə işləmə bacarığı;
  • CRM təcrübəsi
  • Pərakəndə satış təcrübəsi.

Təklif edilən şərtlər:

  • İş qrafiki: Tam iş günü
  • 6 günlük iş rejimi
  • Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
  • Karyerada yüksəlmək imkanı
  • Əmək haqqı: 500 AZN+satış bonusu (Bonuslar yüksəkdir)

Mövzu hissəsində “Onlayn satış təmsilçisi” qeyd edərək şəkilli CV-nizi hr@supertoys.az elektron poçt ünvanına göndərin.

Əlaqə: 055-220-23-72 / 055-214-22-63