İşin təsviri
Təsvir
- Skorinq hesablama sistemi üzrə statistik təhlillərin aparılması;
- Yenilənmiş şərtlərin Skorinq hesablama sisteminə sazlanması;
- Satış və müraciət sayının artırılması məqsədi ilə məhsullar üzrə müxtəlif aksiya və kampaniyaların keçirilməsi üzrə təkliflərin verilməsi;
- Yeni məhsulların sazlanılması və mövcud məhsulların optimizasiyası prosesində iştirak;
- Mövcud proseslərin və əməliyyatların monitorinqi. Boşluqlar aşkarlandıqda aidiyatı strukturlara məlumatın verilməsi və texniki sifarişlərin yazılması;
- Mövcud günlük/aylıq/illik hesabatların izlənilməsi və tələbə uyğun olaraq yeni hesabatların hazırlanması;
- Müştəri davranışlarını izləmək/təhlil etmək və bunun əsasında yeni təkliflərin hazırlanması;
- Pərakəndə bank məhsulları üzrə bazar araşdırmalarının aparılması, bazarda yeniliklərin daim nəzarətdə saxlanılması və bazara uyğun yeni təkliflərin hazırlanması;
- Hazırlanan təkiflər üzrə statistik təhlillərin aparılması (proqnozlaşdırılan satış həcmi, orta çəkili satış faizi və s.);
- Aparılan satışın proqnozlaşdırılan statistik təhlillərə (proqnozlaşdırılan satış həcmi, orta çəkili satış faizi və s.) uyğunluğunun gündəlik əsasda izlənilməsi;
- Pərakəndə bank məhsulları üzrə reklam vasitələrinin seçilməsində və reklamların hazırlanmasında iştirak;
- Müştərilər üzrə loyallığın qorunması üzrə işlərin həyata keçirilməsi, təkrar müştərilər üçün müxtəlif güzəştli şərtlərin hazırlanması;
- Daxili və xarici bazarda rəqəmsal məhsulların (kredit/qeyri-kredit) izlənilməsi və rəqəmsal məhsullar üzrə yeni təkliflərin verilməsi.
Tələblər
- Ali iqtisadi, Maliyyə və ya texniki təhsil;
- Pərakəndə satış sektorunda ən azı 3 il təcrübə;
- MS Office proqramlarında, xüsusilə Exceldə yüksək səviyyədə işləmə bacarığı;
- SQL üzrə orta və ya daha yüksək səviyyədə biliklər;
- Power BI biliklərinin olması əlavə üstünlükdür;
- Komandada və fərdi şəkildə işləmək bacarığı;
- Analitik və məntiqi düşünmə qabiliyyəti;
- Detallara diqqət yetirmə bacarığı;
- Operativ və çevik qərar qəbul etmə bacarığı.