İşin təsviri
- Satış və müraciət sayının artırılması məqsədi ilə məhsullar üzrə müxtəlif aksiya və kampaniyaların keçirilməsi üzrə təkliflərin verilməsi;
- Mövcud proseslərin və əməliyyatların monitorinqi. Boşluqlar aşkarlandıqda aidiyatı strukturlara məlumat vermək və texniki sifariş yazılması;
- Mövcud günlük/aylıq/illik hesabatların izlənilməsi və tələbə uyğun olaraq yeni hesabatların hazırlanması;
- Müştəri davranışlarının izlənilməsi, təhlil edilməsi və bunun əsasında yeni təkliflərin hazırlanması;
- Pərakəndə bank məhsulları üzrə bazar araşdırmalarının aparılması, bazarda yeniliklərin daim nəzarətdə saxlanılması və bazara uyğun yeni təkliflərin hazırlanması;
- Hazırlanan təkiflər üzrə statistik təhlillərin aparılması (proqnozlaşdırılan satış həcmi, orta çəkili satış faizi və s.);
- Şərtləri əhatələndirən daxili sənədlərin hazırlanması və razılaşdırılması;
- Məhsullar üzrə şərtlərin daxili qaydalara və qanunvericiliyə uyğunlaşdırılması;
- Aparılan satışın proqnozlaşdırılan statistik təhlillərə (proqnozlaşdırılan satış həcmi, orta çəkili satış faizi və s.) uyğunluğunun gündəlik əsasda izlənilməsi;
- Pərakəndə bank məhsulları üzrə reklam vasitələrinin seçilməsində və reklamların hazırlanmasında iştirak;
- Müştərilər üzrə loyallığın qorunması üzrə işlərin həyata keçirilməsi, təkrar müştərilər üçün müxtəlif güzəştli şərtlərin hazırlanması;
- Daxili və xarici bazarda rəqəmsal məhsulların (kredit/qeyri-kredit) izlənilməsi və rəqəmsal məhsullar üzrə yeni təkliflər vermək.
Tələblər
- Pərakəndə satış sektorunda ən azı 1 il iş təcrübəsi;
- Excel bilikləri (orta və ya yüksək səviyyədə);
- SQL bilikləri (orta və ya yüksək səviyyədə);
- Power BI biliklərinin olması əlavə üstünlükdür;
- Analitik düşünmə bacarığı;
- Detallara fikir vermə qabiliyyəti;
- Operativlik və çevik qərar qəbul etmə bacarığı.