Əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək və icra intizamına riayət etmələrini təmin etmək və ona nəzarəti həyata keçirmək;
Şöbənin fəaliyyətini planlaşdırmaq, onun qısa və uzunmüddətli prioritetləri üzrə təkliflər vermək;
Kreditlərin strukturlaşdırılması və müvafiq satış departamentləri tərəfindən təqdim edilmiş kredit sifarişlərin və limitlərin anderraytinqini təşkil etmək;
Biznes kreditlərinə verilmiş anderraytinq rəylərinin qanunvericiliyə və Bankın Kredit siyasətinə uyğunluğunu təmin etmək;
Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanması, müştərilərin kredit reytinqlərinin hesablanması və müvafiq qərarların qəbul edilməsi işini təşkil etmək;
Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq prosedurlara əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsini təşkil etmək;
Biznes kredit məhsullarının anderraytinqi üzrə avtomatlaşdırılmış bank informasiya sistemində uçot və hesabatlığın yaradılması və təkminləşdirilməsi üçün təkliflər vermək.
Tələblər
Ali təhsil (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas);
Biznes kreditlərinin təhlili və analoji sahədə ən azı 5 il iş təcrübəsi;
CFA və ACCA sertifikatlarının olması arzuolunandır;
İqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarının yığılması və təhlil etmə bacarıqları;
İdarəetmə və liderlik bacarıqları;
Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti;