Kredit portfelin müəyyən edilmiş risk indikatorları, məhsul, sektor və digər göstəricilər üzrə müxtəlif prizmalardan təhlillərin edilməsi;
Mümkün risklərin stress test, ssenari təhlilləri və sensitivlik təhlilləri üzərindən qiymətləndirilməsi və bankın kapitalının dayanıqlığının təmin edilməsi üçün təkliflər və fəaliyyət planlarının hazırlanması. (Vintaj, Roll-Rate/Migrasiyası və s.)
Bankın əsas risk göstəricilərinin izlənməsi və portfelin idarə edilməsini risk iştahası çərçivəsinə uyğunluğu təmin etməklə kommunikasiyaların qurulması və Bankın risk iştahasına uyğun gəlməyən risklərin müəyyənləşdirilməsi və fəaliyyət planlarının hazırlanması;
Kredit risklərinin təhlili üzrə qaydalar, həmçinin onlara əlavə və dəyişikliklərin hazırlanması ilə bağlı təklif verir və bu prosesdə iştirak edir;
IFRS 9-a uyğun olaraq, aktivlər üzrə ehtiyatların yaradılması üçün kənar audit şirkətinə məlumatların hazırlanması və təqdim edilməsi;
Bankın aktivlər üzrə prudensial ehtiyatların yaradılması, nəzarəti və dəyişikliklərini proqnozlaşdırır;
Daxili risk reytinq (scoring) sisteminin dövri əsk-yoxlamalar aparmaqla davamlı inkişaf etdirilməsi təmin etmək;
Tələblər
Ali təhsil (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas);
Kredit risklərinin idarə edilməsi sahəsi üzrə təcrübə (Mütəxəssis üzrə min. 1 il / Aparıcı mütəxəssis üzrə min. 2 il / Baş mütəxəssis üzrə min. 3 il);
Mərkəzi Bankın normativ xarakterli qaydaları və bank məhsulları üzrə biliklərin yaxşı səviyyədə olması;
Microsoft office proqramları və Oracle SQL proqlamlaşdırma dili üzrə işləmək bacarığı;
FRM, CFA və ACCA sertifikatlarının olması müsbət qarşılanır;
Azərbaycan dili səlis, ingilis dili arzu olunandır;
Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti;