Risklərin idarə edilməsi departamenti, Kreditlərin monitorinqi şöbəsi, mütəxəssis/aparıcı mütəxəssis

İşin təsviri

  • Cari kreditlər üzrə sənədlərin yoxlanılması və monitorinqinin həyata keçirilməsi;
  • Monitorinq zamanı aşkar olunan potensial risklər və nöqsanlar barədə rəhbərliyə məlumat verilməsi;
  • Bankın region filiallarına səfərlər;
  • Monitorinqin icrası ilə bağlı hesabatların verilməsi;
  • Bank üzrə qəbul edilən qərarlardan irəli gələn vəzifələrin, bankdaxili əmr, sərəncam və göstərişlərin tələblərinin yerinə yetirilməsi.

Tələblər

  • Ali təhsil (iqtisadiyyat və ya maliyyə sahəsində təhsil üstünlükdür);
  • Analitik düşünmə və təhlil bacarığı;
  • Müştərilərlə ünsiyyət qurma qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara diqqət yetirmə;
  • Bank qanunvericiliyi və normativ sənədlər barədə biliklər;
  • Azərbaycan dili sərbəst, rus dili biliyi arzuolunandır;
  • Komandada işləmək bacarığı;
  • MS Office proqramlarını sərbəst istifadə bacarığı.
  • Beynəlxalq sertifikatların ACCA (F3) olması əlavə üstünlükdür.